DÇ-2018-in təsnifat mərhələsi: Braziliya Argentinanı darmadağın edib

DÇ-2018-in təsnifat mərhələsi: Braziliya Argentinanı darmadağın edib
07:02 11 Noyabr 2016
906 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Futbol üzrə Braziliya yığması Dünya çempionatı -2018-in Cənubi Amerika üzrə seçmə qrup mərhələsinin ev oyununda Argentinanı darmadağın edib.
"Report" xəbər verir ki, Belu-Orizonte şəhərində keçən görüş 3:0 hesabı ilə başa çatıb.
Oyunda qolları Koutinyo (24-cü dəqiqə), Neymar (45) və Paulinyo (59) vurub. Komandaların İspaniyanın "Barselona" klubunda çıxış edən kapitanları Neymar və Lionel Messi ilk dəfə olaraq rəsmi matçda üz-üzə gəliblər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dc-2018-in-tesnifat-merhelesi-braziliya-argentinani-darmadagin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR