"Afrika" salatı

"Afrika" salatı
07:05 11 Noyabr 2016
179 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az "Afrika" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

500 q toyuq filesi
3 yumurta
3 kivi
1 alma
150 q bərk pendir
100 q koreya üsulu yerkökü
mayonez 
duz 
qara istiot

Toyuq ətini suda bişirib soyudun, kubik doğrayın, duz-istiot vurun. Salat qabına döşəyin. 

Kivini təmizləyib ortadan bölün, sonra fal-fal doğrayıb toyuğun üzərindən düzün. 

Suda bişmiş yumurtaların ağı ilə sarısını ayırın. Yumurta ağını sürtgəcdən kivinin üzərinə keçirin. Üzərinə mayonez çəkin. 

Almanın qabığını soyub sürtgəcdən keçirin, yumurtanın üzərinə qoyun. 

Üzərinə pendiri sürtgəcdən keçirin. Mayonez çəkin. 

Koreya üsulu yerkökünü döşəyin, üzərinə mayonez çəkin. 

Yumurta sarılarını sürtgəcdən keçirib salatın üzərini onunla bəzəyin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/488271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR