Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Qərarını onların lehinə verdi"

"Qərarını onların lehinə verdi"

Date: 11 November 2016 07:12

Fransa millisinin eks çalışdırıcısı Raymon Domenek Qonzalo Hiquainə vaxtilə komandasında oynamağı təklif etdiyini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Domenek argentinalı forvardla söhbətini belə təsvir edib:

"İstərdim ki, Fransa millisində oynamağı seçsin. Bu variantı müzakirə etdik. Qonzalo bu barədə düşündü və nə edəcəyini bilmirdi. Dedim ki, qarşıda oyunumuz var və qərar vermək vaxtıdır. Argentina millisi də onu dəvət etmişdi. Buna görə seçim etməliydi. Düşündükdən sonra dedi ki, Fransada onun heç kimi yoxdur. Argentinada isə yaxınları və dostları yaşayır. Qərarını onların lehinə verdi. Mən bunu anlayışla qarşıladım".

Milli.Az


Tags:  Qərarını onların lehinə verdi

RƏYLƏR


Top news