Heyvanlara Qayğı Mərkəzinin açılışı oldu

Heyvanlara Qayğı Mərkəzinin açılışı oldu
07:34 11 Noyabr 2016
139 Digər
Ölkə mətbuatı
A- A+

IDEA Heyvanlara Qayğı Mərkəzi rəsmi olaraq fəaliyyətə başlayıb (01 Mart 2017 11:52)
IDEA Heyvanlara Qayğı Mərkəzi rəsmi fəaliyyətə başlayır - FOTO (01 Mart 2017 10:32)

Noyabrın 10-da IDEA Heyvanlara Qayğı Mərkəzinin açılışı olub. AZƏRTAC xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

 

Leyla Əliyeva mərkəzin tikintisinin müxtəlif mərhələlərini əks etdirən fotostendlə tanış olub.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

 

IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabrında qoyulub. Mərkəz Bakı şəhərində və ətraf ərazilərdəki sahibsiz heyvanların müayinə və müalicəsi, həmçinin onların qısamüddətli sığınacağı üçün nəzərdə tutulub. Sığınacaq kompleksi Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə, digər dövlətlərin təcrübəsindən istifadə olunmaqla tikilib. Layihə-tikinti işlərinə Böyük Britaniyanın Heyvanlara qarşı Qəddarlığın Aradan Qaldırılması üzrə Kral Cəmiyyətinin mütəxəssisləri cəlb olunub. Burada sahibsiz heyvanlara peyvənd, sterilizə və zəruri hallarda əməliyyat xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Mərkəzdə tikilən 24 sığınacaq eyni vaxtda mindən çox heyvanın yerləşdirilməsinə imkan verir. Hər sığınacağın yanında gəzinti ərazisi də ayrılıb.

 

Leyla Əliyeva mərkəzlə tanışlıq zamanı xəstə heyvanların müalicə və bərpa komplekslərinə baxıb. Mərkəzdə klinika və laboratoriyada stasionar müayinə-müalicə aparılmaqla yanaşı, mobil təcili tibbi yardım xidməti də var. Bundan əlavə, yaralı və yaxud peyvəndə ehtiyacı olan sahibsiz heyvanların mərkəzə gətirilməsinə məsul xüsusi qrup fəaliyyət göstərəcək. Mərkəzdə müalicə olunmuş sahibsiz heyvanlar fərqləndirici çiplərlə təchiz olunacaq. Burada, həmçinin ölkəmizdə ilk dəfə olaraq sahibsiz heyvanların elektron baza sistemi yaradılacaq. Bu sistem heyvanların izlənilməsi və onların vaxtında peyvənd olunmasına imkan verəcək. Uzunmüddətli müalicəyə ehtiyacı olan heyvanlar xüsusi karantin korpuslarında bərpa prosesi keçəcək. Mərkəzin fəaliyyəti baytarlıq sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına, həmçinin təcrübə mübadiləsinə də imkan verəcək.

 

Burada yerləşən geniş konfrans zalında peşəkar veterinar hazırlığı kursları və treninqləri təşkil ediləcək, sahibsiz heyvanlara rəhmli münasibəti və onların himayəyə götürülməsini təşviq etmək məqsədilə geniş ictimai maarifləndirmə tədbirləri keçiriləcək. Bu baxımdan məktəblilərin mərkəzə səfərlərinin təşkili, onların maarifləndirilməsi və mərkəzin ictimaiyyətə, xüsusilə də könüllülərə açıq olması nəzərdə tutulur. Burada himayəyə götürülməyə hazır heyvanların nümayiş olunduğu kompleks və kiçik heyvan mehmanxanası da fəaliyyət göstərəcək. Mərkəzin xidmətləri yalnız sahibsiz heyvanlar üçün məhdudlaşmır. Himayədə olan heyvanların müalicə-müayinəsi və qısamüddətli gecələməsi üçün də mərkəzə müraciət etmək olar.

 

Sonra Leyla Əliyeva müasir yem fabriki ilə tanış olub. Fabrik Azərbaycanda it və pişik qidasını hazırlayan ilk müəssisədir. Fabrikin məhsulları beynəlxalq keyfiyyət tələblərinə cavab verməklə yanaşı, sağlam qida məhsullarından hazırlanacaq.





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Astroloji proqnoz - 29 aprel

29 Aprel 2017 00:08

"Qalatasaray" Brumanı saxlaya bilmir

29 Aprel 2017 00:05

Günün qoroskopu: işlərinizdə uğur vəd edən gündür

29 Aprel 2017 00:05

Raytorala görə 27 nömrəli formadan imtina etdi - FOTO

28 Aprel 2017 23:57

Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib

28 Aprel 2017 23:57

Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı

28 Aprel 2017 23:56

Limon dənələrini atmayın, əkin - FOTO İZAH

28 Aprel 2017 23:52

Mineral suların faydası

28 Aprel 2017 23:47

"Liverpul" futbolçu ilə müqavilə yenilədi

28 Aprel 2017 23:47

Qohumlararası evliliklər gen xəstəliklərinin artmasına səbəb olur

28 Aprel 2017 23:42

Təzyiqi normallaşdırır, saç tökülmənin qarşısını alır...

28 Aprel 2017 23:42

Lö Pen Zidanın cavabını verdi:

28 Aprel 2017 23:40

49 yaşlı kişini ilan vurdu - Şəmkirdə

28 Aprel 2017 23:39

Kişilərin ən çox arzuladığı qadın çimərlikdə - FOTOLAR

28 Aprel 2017 23:38

"Bavariya" futbolçunun müqaviləsini yenilədi

28 Aprel 2017 23:37

Xanımı Sərdardan belə acıq çıxdı - FOTO

28 Aprel 2017 23:37

Baş Konsul Rəşad İsmayılov Batumi Bələdiyyə Məclisinin sədri ilə görüşüb

28 Aprel 2017 23:29

Avstriyada sağçı ekstremizm və rasizm ilə bağlı cinayətlərin sayı artıb

28 Aprel 2017 23:27

Hıçqırığı necə dayandırmaq olar?

28 Aprel 2017 23:27

"Əl-Qaidə" liderlərindən biri öldürüldü

28 Aprel 2017 23:26

Şeydayevin Slovakiya çempionatında ikinci qolu - VİDEO

28 Aprel 2017 23:24

Futbolçunun bir ayağına 80 milyon avro qiymət qoyuldu

28 Aprel 2017 23:23

İmişlidə piyadanı avtomobil vurub

28 Aprel 2017 23:22

"Spartak"ın oyunçusu karyerasını Türkiyədə davam etdirəcək

28 Aprel 2017 23:22

"Məhz bu səbəbdən Meksika ilə aramızda divarın olması zəruridir"

28 Aprel 2017 23:17

Selena Qomez üç fərqli geyimdə - FOTO

28 Aprel 2017 23:12

"Prezidentlikdən öncəki həyatım üçün darıxıram"

28 Aprel 2017 23:12

Dərini təmizləyir, məsamələri yığır - GİL MASKASI

28 Aprel 2017 23:12

Ölkənin birincı xanımı televiziya aparıcısı olacaq - FOTOLAR

28 Aprel 2017 23:08

Elməddin xanımı haqda: "4 il olmuşuq"

28 Aprel 2017 23:05

"Son illərdə "Milan"ın heç bir baş məşqçisi məndən yaxşı olmayıb"

28 Aprel 2017 23:05

22 yaşlı qadın müəmmalı şəkildə bıçaq xəsarəti aldı - Ucarda

28 Aprel 2017 23:04

"Monako" 80 milyon avroya Mbappenin yalnız bir ayağını satar"

28 Aprel 2017 22:57

Xatirə İslam tənqid olundu - FOTO

28 Aprel 2017 22:57

"Shamkir Chess 2017":

28 Aprel 2017 22:55

Tarkan 50 avroluq nahar etdi, ofisiantlara 450 avro bəxşiş verdi

28 Aprel 2017 22:52

Hülya Avşar şayiələrə son qoydu - VİDEO

28 Aprel 2017 22:52

Melaniya Trampın geyimi müzakirələrə səbəb oldu

28 Aprel 2017 22:49

Tanınmış aparıcı qızı ilə bu evdə yaşayır - FOTO

28 Aprel 2017 22:47

Quartz: Azərbaycan iqtisadi cəhətdən ən normal ölkədir

28 Aprel 2017 22:42

Yeniyetmələr üçün enerji içkiləri böyük təhlükə mənbəyidir

28 Aprel 2017 22:42

Fəhləlikdən milyonçuluğa gedən yol –

28 Aprel 2017 22:38

"Əl-Qaidə"nin liderlərindən biri məhv edilib

28 Aprel 2017 22:37

ABŞ-ın sabiq prezidenti xəstəxanadan evə buraxılıb

28 Aprel 2017 22:37

Dünya liderlərinin cah-cəlallı İQAMƏTGAHLARI - FOTOLAR

28 Aprel 2017 22:33

Gül kələmi - həm tərəvəz, həm dərman

28 Aprel 2017 22:32

Rollarına görə keçəl olan 9 aktrisa - FOTO

28 Aprel 2017 22:32

Sözünü, əməli təkzib edir: Qadağan olsa da, uşaqlara siqaret satılır - VİDEO

28 Aprel 2017 22:27

Avtobus sürməyə icazəsi yoxdur - amma sükan arxasındadır - VİDEO

28 Aprel 2017 22:27

Ata Buş xəstəxanadan evə buraxıldı

28 Aprel 2017 22:24