Yaponiyada ölüm hökmü icra olunub

Yaponiyada ölüm hökmü icra olunub
07:42 11 Noyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Cümə günü Yaponiyada ölüm hökmü icra olunub.
"Report" xəbər verir ki, Keniti Tadziri adlı şəxs qarət naminə törədilən iki qətlə görə bu hökmə məhkum edilib.
Bundan əvvəlki edam cari ilin mart ayında icra edilib. Sindzo Abenin 2012-ci ilin dekabrında baş nazir vəzifəsinə keçməsindən bu yana dörd il ərzində 17 nəfər edam olunub.
Hazırda bu hökm daha 130 nəfəri gözləyir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyada-olum-hokmu-icra-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR