Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çinli turistlərin Azərbaycana cəlb edilməsi ilə bağlı Rusiyadan təklif

Çinli turistlərin Azərbaycana cəlb edilməsi ilə bağlı Rusiyadan təklif

Date: 11 November 2016 08:05

Rusiya Azərbaycana Çindən turistlərin cəlb olunması məqsədilə birgə turizm paketləri yaratmağı təklif edib. Milli.Az bildirir ki, bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin turizm departamentinin rəhbəri Rauf Paşayev məlumat verib.

Onun sözlərin görə, Rusiya və Çin İpək yolu layihəsi çərçivəsində Rusiyanın cənub regionlarına yeni aviareyslər açmağı planlaşdırır.

R.Paşayev deyib ki, Çin turistlərinin paket turlarına marağını nəzərə alaraq Rusiya bizə birgə paketlərin yaradılmasını təklif edib: "Bu paketlər Şimali Qafqaz bölgəsini və Azərbaycanı əhatə edə bilər."

Rusiyanın bu təklifi Mədəniyyət və Turizm Nazirliyində müzakirə olunacaq.

Milli.Az


Tags:  Çinli turistlərin Azərbaycana cəlb edilməsi bağlı Rusiyadan təklif

RƏYLƏR


Top news