Şəxslərin sələm vermək səlahiyyətləri yoxdur

Şəxslərin sələm vermək səlahiyyətləri yoxdur
08:27 11 Noyabr 2016
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Hüquqşünas: Sələmçi verdiyi pulun müqabilində girova götürdüyü əmlakı mənimsəyərsə, borclu hüquq mühafizə orqanlarına müraciət etməlidir

Banklarda problemli kreditlərin sayı çoxaldığından kredit ala bilməyən xeyli insan əlacı sələmçilərdə görür. Sələmçilər heç bir sənəd vermədən, qarşı tərəfin maliyyə vəziyyətini qiymətləndirmədən, ona məxsus əmlakını dəyər-dəyməzinə girov götürərək istədiyi faizi də pulun üstünə qoyaraq borca pul verir. Bu proses rəsmiləşdirilmədiyindən nəzarətsizdir və hər hansı problem yaranarsa, qanuni yolla həll etmək qəlizləşir. Sələmçi xeyli faiz götürdükdən sonra girovu mənimsəyə, geri verməyə də bilər.

Milli.Az xəbər verir ki, "VHS Consulting Hüquq MMC"nin direktoru, hüquqşünas Vüqar Səfərli "Ekspress"ə bildirib ki, sələm anlayışı şəxsin özündə olan pul vəsaitlərinin üzərinə aylıq faizlər qoymaqla başqa birinə borc verməsidir: "Təəssüflə qeyd etmək lazımdır ki, vətəndaşlar əksər hallarda pul vəsaitlərinin qanuni yolla, rəsmiləşdirilməklə kreditə borc olaraq verən təşkilatlara banklara və bank olmayan kredit təşkilatlarına yox, sələmçilərə üz tuturlar. Banklardan kredit almaq üçün müəyyən hüquqi sənədləşmə işləri aparılmalıdır. Borc alanın maddi vəziyyəti, borcu faiz dərəcələri ilə birlikdə qaytarma perespektivləri və s. yoxlanılır. Lakin sələmçidən borc alanda belə bir prosedura ehtiyac olmur. Məhz bu səbəbdən də insanlar sələmçiyə müraciət edirlər. Kreditdən fərqli olaraq, sələm hüquqi yolla tənzimlənmir. Sələmçi ona müraciət edən şəxsin maliyyə vəziyyətini qiymətləndirmədən ona məxsus əmlakını dəyər-dəyməzinə girov kimi qəbul etməklə sələmə pulu verir".

Səfərli qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə sələm vermək və ya almaq ancaq banklar, bank olmayan kredit təkilatlarına və s. məxsusdur: "Sələm alıb-vermək Azərbaycan Respublikasının mülki qanunvericilik, bank haqqında qanunvericilik və digər normativ aktları ilə tənzimlənir. Ayrı-ayrı şəxslərin sələm vermək səlahiyyətləri yoxdur. Bu özü özlüyündə cinayət məsuliyyətinə səbəb olan hallara gətirib çıxarır. Belə ki, Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə-cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Onu da qeyd edim ki, eyni əməllər külli miqdarda ziyan vurduqda; külli miqdarda gəlir əldə etməklə törədildikdə; mütəşəkkil dəstə tərəfindən törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
V.Səfərlinin dediyinə görə, əgər sələmçi sələmə verdiyi pulun müqabilində girova götürdüyü əmlakı mənimsəyərsə, əlbəttə, borclu hüquq mühafizə orqanlarına müraciət etməlidir: "Bu zaman sələmçinin əməlinə müvafiq olaraq cinayət işi açılacaq. Həmçinin əmlakı mənimsənilən borclu mülki iddia da qaldıraraq əmlakını və onda dəymiş digər maddi zərərin əvəzini tələb etməlidir".

Hüquqşünasın bildirdiyinə görə, çox vaxt sələmçilərə müraciət edənlər düşünür ki, sələmə aldıqları pul və bunun müqabilində qoyduqları girov rəsmiləşdirilməyib. Buna görə də sələmçi tərəfindən onların ünvanına baş verə biləcək hər hansı hüquqa zidd əmələ görə aidiyyatı orqanlara müraciət etmək faydasızdır: "Deyək ki, şəxs evini sələmçiyə girova qoymaq müqabilində ondan pul götürüb. Adətən belə hallarda sələmçilər pul verdikləri şəxslərlə həmin girova götürdükləri mənzillə bağlı notarial qaydada alqı-satqı müqaviləsi imzalayırlar. Zərərçəkmiş buna görə də hesab edir ki, onsuz da onun mənzili əldən gedib. Heç cür haqqını tələb edə bilməz. Bildirmək istəyirəm ki, burada niyyət önəmlidir və qanunsuz əqdin etibarsızlığı məsələsi var. Mülki qanunvericiliyimizə görə, qanunsuz tərəflərin iradəsinə zidd olaraq və s. hallarla bağlanan əqdlər bağlandığı andan etibarsızdır. Buna görə də məsləhət görürəm ki, sələmçilərin hərəkətlərindən bu və ya digər formada zərərçəkmiş şəxslər hüquqlarının müdafiəsi üçün aidiyyəti orqanlara müraciət etsinlər".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Şimali Koreya Avstraliyanı təhdid etdi

23 Aprel 2017 16:03

Rusiyalı müğənnini qatardan endirib geri qaytardılar

23 Aprel 2017 15:59

Yunanıstanda Türkiyə konsulluğuna hücum edildi

23 Aprel 2017 15:57

ŞİRVANDA DƏHŞƏT: Hamilə arvadını vəhşicəsinə döydü, vaxtından tez doğulan uşaq öldü

23 Aprel 2017 15:49

"El-Klassiko" öncəsi Messi ilə Ronaldo dodaq-dodağa...

23 Aprel 2017 15:49

Məşhur professor ölən insanın necə dirilə biləcəyini açıqladı - PARALEL SAHƏNİN SİRRİ

23 Aprel 2017 15:43

Ukraynada ATƏT əməkdaşı partlayış nəticəsində öldü

23 Aprel 2017 15:42

"Qalatasaray" - "Fənərbaxça": gözlənilən start heyətləri

23 Aprel 2017 15:27

Rus qızlar azərbaycanlı kişilərə etiraz olaraq oxudular

23 Aprel 2017 15:27

Ömrünüzdə bircə dəfə də olsa qutabını yesəniz...

23 Aprel 2017 15:25

44 yaşlı həkim və 15 yaşlı arvadı - Nəriman Nərimanov haqqında GERÇƏKLƏR - FOTOLAR

23 Aprel 2017 15:08

Bakıda bədii gimnastika üzrə “AURA” Açıq Birinciliyi keçirilib

23 Aprel 2017 15:02

Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi - ŞİRVANDA

23 Aprel 2017 14:57

Bəşər Əsəd ABŞ-ı ittiham etdi

23 Aprel 2017 14:51

Kişilərin ağlını başından çıxaran rus qızları əslində...

23 Aprel 2017 14:43

Messinin "El Klasiko"da qaçmaqla arası yoxdur

23 Aprel 2017 14:42

Kütləvi aksiyalar: Maduro 1300 nəfəri həbs etdirdi

23 Aprel 2017 14:38

"İlhamə Quliyevaya toxunmayın" - Lamiyyə əsəbiləşdi

23 Aprel 2017 14:37

Türkiyədə bayram faciəyə döndü: 5 yaralı

23 Aprel 2017 14:32

Azərbaycanlı holdinq rəhbərinin qızı açıq-saçıq şəkilləri ilə...

23 Aprel 2017 14:27

Dünyadakı ən qeyri-adi 10 ölüm faktı

23 Aprel 2017 14:22

"Real" - "Barselona": kimlər oynayacaq?

23 Aprel 2017 14:17

Bakıda faciə: sürünə-sürünə küçəyə çıxdı və öldü

23 Aprel 2017 14:14

Dünya üzrə ən bahalı 10 saat - FOTOLAR

23 Aprel 2017 14:13

Bakıda bədii gimnastika üzrə “AURA” Açıq Birinciliyi keçirilib - FOTO

23 Aprel 2017 14:12

“Müştəri həmişə haqlıdır” frazası belə yaranıb

23 Aprel 2017 14:00

Hadisənin Maldiv adalarındakı istirahəti - FOTO

23 Aprel 2017 13:57

Türkiyə 2 şəhid verdi

23 Aprel 2017 13:57

Bir gündə 40-dan çox fərman: Kral nazirləri vəzifələrindən azad etdi

23 Aprel 2017 13:53

"Real"dan bu futbolçu üçün inanılmaz TƏKLİF

23 Aprel 2017 13:47

Suriyada öldürülən "Reina" teraktının təşkilatçısının FOTOsu

23 Aprel 2017 13:47

Futbolçular jurnalistləri döydü - VİDEO

23 Aprel 2017 13:47

Tağı Əhmədovun nəvəsinin toyu oldu

23 Aprel 2017 13:41

Məşhur analar övladlarına süd verərkən... - FOTOLAR

23 Aprel 2017 13:38

Şimali Koreyada ABŞ vətəndaşı saxlanıldı

23 Aprel 2017 13:37

Erməni kafedə atəş açdı, yaralanan var

23 Aprel 2017 13:32

"Baron" ləqəbli şəxs həbs edildi

23 Aprel 2017 13:29

Super Liqada gözlənilməz istefa

23 Aprel 2017 13:28

Dünyanın gözü Madriddə: "Barselona" "Real"a qarşı

23 Aprel 2017 13:27

İstanbul derbisinə saatlar qaldı: "Fənərbağça" "Qalatasaray"a qarşı

23 Aprel 2017 13:22

Rusiyada erməni kafedə atışma törətdi: yaralanan var

23 Aprel 2017 13:18

Tovuzda müəmma: sığorta şirkətinin filial müdirini kim öldürdü, müavini necə yaralandı?

23 Aprel 2017 13:17

Türk ulduzdan şok xəbər

23 Aprel 2017 13:17

Məkkədə güclü yanğın baş verdi

23 Aprel 2017 13:07

Türkiyə Azərbaycana ağac tinglərinin ixracına başladı

23 Aprel 2017 12:58

Əfqanıstanda matəm elan olundu

23 Aprel 2017 12:57

4-cülük uğrunda amansız mübarizə - YENİLƏNİR

23 Aprel 2017 12:57

Fransada prezident seçkiləri başladı

23 Aprel 2017 12:53

Tanınmış aparıcı əsəbiləşdi: "İlhamə Quliyevaya toxunmayın!"

23 Aprel 2017 12:49

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

23 Aprel 2017 12:47