Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Poroşenko təyyarə ilə bağlı insidentə görə Lukaşenkodan üzr istəyib

Poroşenko təyyarə ilə bağlı insidentə görə Lukaşenkodan üzr istəyib

Poroşenko: "Azərbaycanın ərazi bütövlüyü məsələsində Ukraynanın mövqeyi dəyişməzdi" (15 Mart 2017 09:23)

Tarix: 11 Noyabr 2016 08:32

Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevə qaytarılmış "Belavia" təyyarəsi ilə bağlı insidentə görə belaruslu həmkarı Aleksandr Lukaşenkodan üzr istəyib.   

Milli.Az APA-ya istinadən xəbər verir ki, telefon danışığı zamanı  Poroşenko belaruslu həmkarına baş verənlərə görə günahı olan şəxslərin cəzalandırıldığını bildirib.

Qeyd edək ki, oktyabrın 21-də Ukrayna tərəfi "Belavia" aviaşirkətinə məxsus təyyarəni "Jülyanı" aeroportuna qaytarıb. Məlumata görə, aeroporta qayıtmaq əmri verilərkən ekipaja hədə-qorxu gəlinib. Ekipajın əmrə tabe olmayacağı təqdirdə qırıcı təyyarələrin havaya qaldırılacağı bildirilib. Təyyarə aeroporta döndükdən sonra  ukraynalı polislər onun göyərtəsində olan "Vətəndaş birliyi" ictimai təşkilatın idarə heyətinin sədri Armen Martirosyanı saxlayıblar. O, bir müddət sonra  sərbəst buraxılıb.

Milli.Az


Teqlər:  Poroşenko təyyarə bağlı insidentə Lukaşenkodan üzr istəyib



RƏYLƏR


Top xəbərlər