Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Putin Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarıdır"

"Putin Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarıdır"

Putin: "İran elə qonşudur ki..." (28 Mart 2017 16:52)
Putinlə Ruhani görüşdü (28 Mart 2017 15:53)
Putin Qarabağdan DANIŞDI (15 Mart 2017 18:08)

Tarix: 11 Noyabr 2016 08:32

Vladimir Putin  Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarıdır.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.  
 
Donald Trampın prezident seçilməsindən sonra Rusiya və ABŞ münasibətlərindən danışan Peskov baş verənlərə  "çəhrayi eynəkən baxmamağa" çağırıb: "Hər şey elə də asan olmayacaq".  
 
"Rusiyanın mövqeyi ardıcıldır, cənab Putinin mövqeyi hamıya bəllidir - bu mövqe ardıcıl, qıvraq, lakin bu qıvraqlığın həddi də var. Putin mehriban münasibətlərin tərəfdarıdır, münasibətlərimizin yaxşılaşdırılmasının tərəfdarıdır. Baxarıq, görərik ki, qarşılıqlıq nə dərəcədə göstəriləcək", - deyə Peskov bildirib.

Milli.Az


Teqlər:  Putin Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarıdır



RƏYLƏR


Top xəbərlər