Azərbaycan milli komandası Şimali İrlandiya ilə qarşılaşacaq

Azərbaycan milli komandası Şimali İrlandiya ilə qarşılaşacaq
08:43 11 Noyabr 2016
199 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Robert Prosineçkinin baş məşqçisi olduğu komanda Belfast şəhərində Şimali İrlandiya yığmasının qonağı olacaq. Matç Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Millimiz ilk 3 oyundan sonra 7 xalla qrupda 2-ci yerdə gedir. Şimali İrlandiya yığması isə 4 xalla Azərbaycan millisinin ən yaxın izləyicisidir. Rəqib qalib gələrsə, xallar bərabərləşəcək, Azərbaycan qələbə qazanarsa, xal fərqi 6-dək artmış olacaq. Heç-heçə isə 3 xallıq fərqi saxlayacaq.

Yığmamız Şimali İrlandiya ilə bunadək 4 dəfə görüşüb. Həmin matçlar da dünya çempionatının seçmə mərhələ oyunlarına təsadüf edib. Keçirilən 4 oyunda hər yığma 1 dəfə qalib gəlib, qalan 2 matç isə bərabərliklə nəticələnib.

Dünya çempionatı, Təsnifat mərhələsi, "C" qrupu

11 noyabr

23:45. Şimali İrlandiya - Azərbaycan

Baş hakim: Klemen Turpin

Yan xətt hakimləri: Nikolas Danos, Kiril Qrinqore

Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)

Belfast. "Windsor Park" stadionu


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR