11 NOYABR

11 NOYABR
09:03 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

1918-ci il. Birinci Dünya müharibəsi başa çatıb. 1914-cü il iyulun 28-də başlayan, dörd il davam edən müharibənin nəticəsində Antanta tərəfindən 5. 953 372 nəfər həlak olub, 4. 000 676 nəfər itkin düşüb. İttifaq dövlətlərinin verdiyi itki 4. 043 397 nəfər, itkin düşənlərin sayı isə 3. 470 138 nəfər olub.
1993-cü il. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş Azərbaycan rayonlarından çıxarılmasını tələb edən 884 saylı qətnaməni qəbul edib. Həmin qətnamə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. Bu qətnamə indiyədək yerinə yetirilməyib, təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilməyib.
1948-ci il. Mingəçevir şəhər statusu alıb. Kür çayının sahillərində yerləşən Mingəçevir əhalisinin sayına görə Azərbaycanın dördüncü böyük şəhəridir.
1921-ci il. Xalq Şairi, “Şöhrət” ordenli Balaş Azəroğlu anadan olub (1921-2011). Şairin ilk mətbu şeri "Dnepr" 1937-ci ildə Bakıda çapdan çıxıb. Şairin ilk şeir kitabları 1943-cü və1945-ci illərdə Ərdəbildə və Təbrizdə nəşr olunub. Çoxcildlik “Azərbaycan ədəbiyyatı”nın müəlliflərindən biri olan B.Azəroğlu, farscadan dilimizə çevirdiyi, Nizaminin “Yeddi gözəl” poemasını, Füzulinin qəzəllərini çap etdirib. B.Azəroğlu “Mübarizə yollarında” (1950), “Gənclik dostlarım” (1950), “Mənim nəğmələrim” (1952), “Səhər şəfəqləri” (1953) və digər əsərlərin müəllifidir.

1934-cü il. Azərbaycanın Xalq Artisti, “Şöhrət” ordenli İslam Rzayev anadan olub (1934-2008). Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından olan İ.Rzayev peşəkar musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində (indiki Bakı Musiqi Kolleci) Seyid Şuşinskinin sinfində alıb. Müğənninin böyük məharətlə oxuduğu “Çahargah”, “Bayatı-Kürd”, “Mahur-Hindi”, “Rast” muğam dəstgahları AzTV-nin musiqi fonduna daxil edilib. İ.Rzayev “Gəl inad etmə”, “Dağlar başı”, “Almadərən” kimi bir sıra mahnılar da bəstələyib. O öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət edib. Cahangir Cahangirovun “Nəsimi”, “Aşıq Alı” və s. kantatalarında solo partiyanı ifa edib. İyirmi ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışmış Xalq Artisti 120-dək gənc ifaçı yetişdirib.

1951-ci il. Azərbaycan aktyoru, Xalq Artisti İsmayıl Hidayətzadə vəfat edib (1901-1951). Aktyorluqla yanaşı, rejissorluğa da maraq göstərən İ.Hidayətzadənin quruluş verdiyi “Koroğlu” və “Arşın mal alan” tamaşaları 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində böyük uğur qazanıb. Teatr tənqidçilərinin bəyəndiyi "Siyavuş"dan sonra o, Opera və Balet Teatrında "Koroğlu" və "Karmen" operalarını səhnələşdirib, Rus Dram Teatrında "1905-ci ildə" və "Vaqif" tamaşalarını qoyub. İ.Hidayətzadə Moskvadan qayıdandan sonra Opera və Balet Teatrının rəhbəri təyin edilib. Cəfər Cabbarlı məhz İ.Hidayətzadə üçün rollar yazar, İsmayıl isə bir qayda olaraq, öz rollarının prototipini axtararmış. O, ilk milli baletimizin -"Qız qalası"nın librettosunu yazıb. Opera studiyası onun səyi ilə yaradılıb. Bütün ömrü boyu teatrda çalışan sənətkar "Qız qalası" (1923), "Altıncı duyğu" (1935) və "Almaz" (1936) filmlərində də çəkilib. 2001-ci ildə aktyorun 100 illik yubileyi təntənə ilə qeyd edilib.

1944-cü il. Türkiyənin məşhur kino və teatr aktyoru Kamal Sunal anadan olub (1944-2000). Əsasən komediya janrında filmləri ilə tanınan aktyor xalq arasında Şaban adı ilə məşhurlaşıb. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə çəkilən K.Sunal əsasən saf, təmiz qəlbli xarakterləri canlandırıb.

1821-ci il. Rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri Fyodor Dostoyevski anadan olub (1821-1881). F.Dostoyevskinin ilk romanı “Bədbəxt insanlar” 1846-cı ildə nəşr olunub. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırılır və o, siyasətlə maraqlanmağa başlayır. 1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olunub. Səkkiz ay həbsxanada qalan Dostoyevski, güllələnmək düzülmək üzrəykən digər səkkiz məhbus yoldaşı ilə bağışlanılaraq cəzasını çəkməsi üçün Sibirdəki OMSK həbsxanasına göndərilib. Burada keçirdiyi dörd ildən sonra xidmətə verilib və zabitliyə qədər yüksəlib. 1859-cu ildən Peterburqda yaşayan yazıçı burada “Alçaldılmış və təhqir olunmuşlar” həmçinin, “Ölü evdən qeydlər” əsərlərini yazır. O, təkcə bu əsərləri ilə yox, eyni zamanda, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Karamazov qardaşları” əsərləri ilə dünyaya səs salıb. F.Dostoyevskinin adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

11 noyabr - Dünya Enerjiyə Qənaət Günüdür. Bu tarix 2008-ci ilin aprel ayında Qazaxıstanda keçirilən SPARE əlaqələndiricilərinin beynəlxalq müşavirəsində “Resurslar və enerjinin istifadəsi üzrə məktəb layihəsi” (SPARE) beynəlxalq ekoloji şəbəkəsinin təşəbbüsü ilə təsis olunub. 2008-ci ilin noyabrında ilk dəfə Dünya Enerjiyə Qənaət Günü qeyd edilib. İyirmi ölkənin qatıldığı layihə beynəlxalq status qazanıb.

11 noyabr - Dünya Şopinq Günüdür. Bu günün qeyd olunması 2009-cu ildə Çinin “Alibaba Group” internet şirkətinin “Dünya Şopinq Günü” devizi altında təşkil etdiyi 50 faizlik endirim aksiyasının keçirilməsi ilə başlanıb. Tezliklə bu aksiyaya Çinin bir çox iri online satış şirkətləri qatılıb və bu günün qeyd olunması ənənə halını alıb. 2013-cü ilin bu günü “Alibaba Group” internet şirkətinə 5.8 milyard ABŞ dolları qazandırmaqla tarixin ən çox gəlir gətirən ucuz qiymətlərlə online satış sutkası adını alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yəməndə qorxunc xəstəlikdən ölənlərin sayı artır -

24 İyul 2017 00:56

Qorxunc xəstəlikdən ölənlərin sayı 2000-ə yaxınlaşır

24 İyul 2017 00:43

Tovuzda qadın ailə münaqişəsi zəminində intiharara cəhd edib

24 İyul 2017 00:42

Ağstafada iki maşın toqquşdu - 3 yaralı

24 İyul 2017 00:39

Tovuzda 28 yaşlı qadın dərmandan zəhərləndi

24 İyul 2017 00:34

Dənizdə 1 nəfər batdı, 2 nəfər xilas edildi

24 İyul 2017 00:23

Ermənistandan gizlicə Türkiyəyə keçdilər -

24 İyul 2017 00:19

Günün qoroskopu: narahatlıq üçün heç bir səbəb yoxdur

24 İyul 2017 00:17

Cüdoçumuz AVRO-da gümüş medal qazandı

24 İyul 2017 00:14

Astroloji proqnoz - 24 iyul

24 İyul 2017 00:13

Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdini qəbul edib

24 İyul 2017 00:05

İki məşhur rəfiqə çimərlikdə - FOTO

24 İyul 2017 00:05

Övladlarınıza gözəl adlar qoyun

23 İyul 2017 23:52

İraq ordusundan növbəti uğur -

23 İyul 2017 23:49

İranda güclü zəlzələ baş verdi

23 İyul 2017 23:48

Yanaqda qızartıların əmələ gəlmə səbəbi

23 İyul 2017 23:47

Gözdəymə və ondan necə qorunmaq haqqında

23 İyul 2017 23:42

Abşeron çimərliyində 37 yaşlı kişi batıb

23 İyul 2017 23:37

Xəzərdə 37 yaşlı kişi batdı

23 İyul 2017 23:34

Ermənistanda hərbçinin asılmış meyiti tapıldı

23 İyul 2017 23:33

Məlahətli pilot Playboy üçün soyundu - FOTO

23 İyul 2017 23:32

İranda 5,4 bal gücündə zəlzələ olub

23 İyul 2017 23:27

Yaxınlarını itirmək qorxusundan neca azad olmaq olar?

23 İyul 2017 23:22

Arvadını boşadı, sevgilisini də tərk edib yenisini tapdı - FOTO

23 İyul 2017 23:22

İndoneziyada güclü zəlzələ -

23 İyul 2017 23:22

Qvardiola “Real”dan oyunçu aldı

23 İyul 2017 23:19

Tamilla: "Bilirəm, Bakı üçün uyğun olmayan bədənim var" - FOTO

23 İyul 2017 23:17

Yuxu zamanı boğulma hissi ilə oyanırsınızsa…

23 İyul 2017 23:17

Azərbaycanın cüdo komandası Avropa açıq çempionatının qalibi olub

23 İyul 2017 23:12

Böyrəklərin təbii vasitələrlə təmizlənməsi

23 İyul 2017 23:12

Ermənistan hərbçisi asılmış vəziyyətdə tapıldı

23 İyul 2017 23:09

Neft şirkətinin keçmiş işçisi külli miqdarda pulu mənimsəyib “SOCAR-ın vitse-prezidenti qohumumdur”

23 İyul 2017 23:05

Məşhurların satışa çıxarılan əşyaları - FOTO

23 İyul 2017 23:05

Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının FOTOları - YENİLƏNİB

23 İyul 2017 22:57

"Yalnız azərbaycanlılar kişi çıxdı, məni işə götürdülər" - Layma Vaykule

23 İyul 2017 22:57

İsrail səfirliyinə silahlı hücum -

23 İyul 2017 22:56

Haram tikədən imtina edənlərin özəl mükafatı

23 İyul 2017 22:52

İsraildə ermənilər Azərbaycanı dəstəkləyən meri təhdid edir

23 İyul 2017 22:52

Allergiyanın əmələ gətirdiyi xəstəliklər hansılardır?

23 İyul 2017 22:47

Boşanmış qadın sevdiyi insanla görüşə bilərmi?

23 İyul 2017 22:42

Ağ Evdə məlumat sızması olduqda...

23 İyul 2017 22:42

Şəmkirdə 15 nəfər kababdan zəhərləndi

23 İyul 2017 22:37

Ermənistanda hərbi hissəni icazəsiz tərk etmiş çavuş asılmış vəziyyətdə tapılıb

23 İyul 2017 22:37

Əmmanda İsrail səfirliyinə silahlı hücum olub, yaralananlar var

23 İyul 2017 22:37

Ən gözəl boksçu - FOTO

23 İyul 2017 22:32

Ailəli xanımın gənc sevgilisiylə yaşadığı fantaziya faciə ilə nəticələndi -

23 İyul 2017 22:30

İsrailin İordaniyadakı səfirliyinə terror hücumu olub

23 İyul 2017 22:27

İsrail səfirliyinə hücum oldu - Əmmanda

23 İyul 2017 22:24

Nikah bağlamağın qaydaları

23 İyul 2017 22:22

Bu qidalar zəhərlənməyə səbəb ola bilir

23 İyul 2017 22:17