Millimiz Şimali İrlandiyaya qarşı - YENİLƏNİR

Millimiz Şimali İrlandiyaya qarşı -  YENİLƏNİR
09:17 11 Noyabr 2016
419 İdman
Ölkə mətbuatı
A- A+


Bu gün DÇ-2018-in seçmə mərhələsində IV tura start veriləcək. Fanat.Az xəbər verir ki, milli komandamız növbəti matçını səfərdə keçirəcək.


Yığmamız tanış rəqiblə - Şimali İrlandiya ilə üz-üzə gələcək. Komandamız 4 il öncə DÇ-2014-ün seçmə oyununda “Vindzor Park”da uduzmamışdı, əksinə, qələbəni son anda əldən vermişdi (1:1). Üstəlik, təxminən 1 il sonra britaniyalıları Bakıdan məğlub yola sala bilmişdik (2:0).


3 il öncəki Şimali İrlandiya yığması ilə indiki komanda arasında fərq odluğu aydın məsələdir. Hər hal, britaniyalıların AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanması rəqibin potensialından xəbər verir. 


3 il öncəki Azərbaycan millisi ilə indiki arasında da fərq var. Komandamız tarixində ilk dəfə seçmə mərhələnin ilk 3 oyunundan 7 xal toplayıb, 2-ci pillədədir. Bu gün qarşılaşacağımız britaniyalılar isə ən yaxın izləyicimizdir. Meydan sahiblərinin hesabında 4 xal var.


DÇ-2018-in seçmə mərhələsi

IV tur

C qrupu


23:45. Şimali İrlandiya – Azərbaycan

Baş hakim: Klément Turpin

Baş hakimin köməkçiləri: Nikolas Danos, Siril Qrinqor

Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)

Belfast. “Vindzor Park” stadionu

 

1. Almaniya 3 3 0 0 8-0 9

2. Azərbaycan 3 2 1 0 2-0 7

3. Şimali İrlandiya 3 1 1 1 4-2 4

4. Norveç 3 1 0 2 4-5 3

5. Çexiya 3 0 2 1 0-3 2

6. San Marino 3 0 0 3 1-9 0




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-imali-rlandiyaya-qar-t54057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR