Əfsanəvi sənətçi vəfat etdi - FOTO - VİDEO

Əfsanəvi sənətçi vəfat etdi - FOTO - VİDEO
09:38 11 Noyabr 2016
50 Şou
Ölkə mətbuatı
A- A+

82 yaşlı kanadalı müğənni, şair və bəstəkar Leonard Koen vəfat edib.

Milli.Az ABC-yə istinadən bildirir ki, vida və dəfn mərasimi ABŞ-ın Los-Anceles şəhərində olacaq.

Sənətçinin Facebook səhifəsində yazılıb: "Koenin ailə üzvləri və yaxınları dəfn mərasimi zamanı onların şəxsi həyatına sayğı göstərilməsini xahiş edirlər".

1934-cü ildə Monreal həndəvərində doğulmuş L.Koen 1950-ci illərin ortalarında folk-rok və pop janrında bəstələyərək ifa etdiyi mahnıları ilə məşhurlaşıb. Onun ən məşhur əsərləri arasında "Hallelujah", "Suzanne", "In My Secret Life" var.

2010-cu ildə o, Grammy mükafatına layiq bilinmişdi.






Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/175500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR