Pelin Karahan "Yeter"dən ayrıldı - foto

Pelin Karahan "Yeter"dən ayrıldı - foto
09:46 11 Noyabr 2016
243 Şou
Ölkə mətbuatı
A- A+

İkinci övladına hamilə olan Pelin Karahan baş rolda olduğu "Yeter" serialından ayrılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa 2 mövsümdür çəkildiyi layihədən ayrılıq qərarını İnstaqramda paylaşıb:

"Bu, həm vida, həm təşəkkür, həm də gözəl başlanğıcların mesajı olsun. Vida edirəm, çünki "Yeter" serialında bu gün son seriyam idi (dünən-red). Yaxşı dostluqlar qazandım, bütün aktyor və texniki heyətə təşəkkür edirəm. Bir də məni hər zaman izləyən tamaşaçılarım. 10 ildir məni izləyirsinz, yaxşı ki varsınız.

Hər zaman yazdıqlarınız, dəstəkləriniz mənimlədir. Həyat hət zaman sürprizlərlə çıxdı qarşıma. Bu dəfə də ailəmizin ikinci qonağı ilə qarşıladı məni. Buna görə də hər kəsdən üzr istəyib bətnimdəki körpəni düşündüm. Yeni layihələrdə görüşmək üzərə.

Qeyd edək ki, 3 il əvvəl iş adamı bedri Güntayla ailə quran aktrisanın bu evlilikdən bir oğlu da var.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR