Alim Qasimov və qızı “VOVO” qrupu ilə konsert verəcək

Alim Qasimov və qızı “VOVO” qrupu ilə konsert verəcək
09:48 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli sənətkar, Xalq artisti Alim Qasimov və qızı, Əməkdar artist Fərqanə Qasimova Polşada məşhur “VOVO” qrupu ilə birgə konsert verəcək.

Onlar Polşada keçiriləcək “Koncert WAGLEWSKI+" da çıxış edəcək.

Ailəsindən Publika.az-a bildirilib ki, onlar noyabrın 14-də Polşaya yola düşəcəklər. Noyabrın 16-da “koncert WAGLEWSKI+" da Alim Qasımov və Fərqanə Qasımovanın “VOVO” qrupu ilə birgə konsert proqramı olacaq: “Alim Qasımov qızı Fərqanə xanımla məşhur “VOVO” qrupunun iki mahnısını duet şəklində ifa ediblər. Hər iki mahnı qrupun son diskində yer alıb. Bu səbəbdən “VOVO” qrupunun solistləri “Koncert WAGLEWSKI+" çərçivəsində Alim Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər. Alim Qasımovu müşayiət edən trio bu dəfə konsertdə olmayacaq. Onları polşalı qrup müşayiət edəcək”.

Sənətkarlar noyabrın 17-də Azərbaycana dönəcək.

Xatırladaq ki, A.Qasımovun qızı ilə növbəti xarici səfəri noyabrın sonlarında baş tutacaq. Onlar “Camerata İzmir” qrupu ilə - “ Festival İzmir Konsert” də çıxış edəcəklər.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/175501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR