Noyabrın 10-da Ermənistanın Şirak vilayətinin Gümrü Regional Hərbi Komissarlığının əməkdaşı rüşvət alarkən saxlanılıb.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyan faktı təsdiqləyib. Bildirib ki, əməliyyat-istintaq tədbirləri nəticəsində Gümrü Regional Hərbi Komissarlığının 4-cü şöbəsinin rəisi mayor Artyom Marqaryan rüşvət alarkən tutulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az