Dünyanı “Qanlı əllər”lə idarə edən 13 kriminal avtoritet - FOTOLAR

Dünyanı “Qanlı əllər”lə idarə edən 13 kriminal avtoritet - FOTOLAR
10:08 11 Noyabr 2016
5853 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanı idarə edənlər arasında siyasətçilər, biznesmenlər və hərbiçilərlə yanaşı, başqa zümrə də var: “Qanuni oğru” (Vor v Zakoni), yaxud kriminal avtoritetlər. Onlar “yeraltı dünya”nı nəzarətdə saxlayır və daim nüfuz dairəsi uğrunda bir-biri ilə sözün əsl mənasında qanlı müharibə aparırlar.

Publika.az dünyanı idarə edən “qanuni oğru”ların kimliyini araşdırıb.

Şarko Maladoy (Rusiya)

Əsil adı Zaxari Kalaşov olan Şarko Rusiya daxil olmaqla, əsasən post-sovet məkanına nəzarət edir. Şarko 2003-cü ildə İspaniyada yaşamağa başlayıb. Orada “On birlərin klanı” adında gürcü-rus mafiyasına liderlik edib. 2005-ci ildə İspaniya polisinin keçirdiyi əməliyyat nəticəsində çoxsaylı “qanuni oğru”lar həbs olunsa da, Şarko Dubaya qaçmağı bacarıb. Lakin bir il sonra onu həbs edib İspaniyaya gətirirlər. 2010-cu ilə qədər davam edən məhkəmə prosesində “qanuni oğru”ya 7 il həbs, 20 milyon avro cərimə hökmü çıxarılır.


MDB-də kriminal aləmin ağsaqqalı olan Ded Xasan öldürüldükdən sonra, Rusiyaya dönən Şarko Maladoy onun varisi olaraq bölgəyə nəzarəti ələ alıb. Rusiya hüquq-mühafizə orqanları Şarkonu “kriminal aləmin kralı” olaraq qeyd edirlər. Bu il yenidən həbs edilən Şarko ömrü boyu barmaqlıqlar arasında qala bilər. Hələlik məhkəmə prosesi gedir. Lakin o, həbsxanaya düşsə də, krallığını yenə davam etdirəcək.

Matteo Messina Denaro (İtaliya)

Siciliya mafiasının liderlərindəndir. “Diabolik”, yaxud “Roleks” təxəllüsü ilə tanınır. Matteo Salvadore Lo Pikkolonun həbsindən sonra, 2007-ci ildə Siciliya mafiasının bir nömrəli liderinə çevrilib. 1993-cü ildən etibarən polisdən gizlənir. “Mənim öldürdüyüm insanlarla bir qəbiristanlığı doldurmaq olar” sözləri ilə məşhurdur.

Keniti Sinoda (Yaponiya)

O, Yaponiyanın “Yamaquti-qumi” mafiasına rəhbərlik edir. 27,7 min üzvü olan qruplaşma ən böyük mafia klanlarından hesab olunur. 1962-ci ildə kriminal karyerasına başlayan Keniti hazırda öz qruplaşması daxilində nüfuz dairələrinin bölüşdürülməsi mübarizəsində iştirak edir.

İsmael Zambada Qarsiya (Meksika)

“El Mayo Zambada” ləqəbi ilə tanınan “qanuni oğru” Meksikada narkotika ticarətinə rəhbərlik edir. O, dəfələrlə həbsxanaya düşüb. Özü olmayanda, bütün işlərə birinci müavini nəzarət edir.

Davud İbrahim (Hindistan)

Hindistanın “D-Company” adlı ən qüdrətli kriminal klanının rəhbəri olan Davud İbrahimin əsil adı Şeyx Davud İbrahim Kaskardır. O, 1955-ci ildə anadan olub. Terrorçuluq, cinayətkar qruplaşma yaratmaq və digər cinayətlərə görə İnterpol xətti ilə axtarışdadır. Onun sərvəti 6-7 milyard dollar həcmində qiymətləndirilir. Bəzi məlumatlarda isə bu sərvətin 20 milyard dollar olduğu deyilir.

Çanq An-lo (Tayvan)

Tayvan mafiasının lideri “Ağ canavar” ləqəbi ilə tanınır. 2013-cü ildə böyük girov qarşılığında azadlığa buraxılıb. “Ağ canavar” siyasətə də qarışır və Çinlə Tayvandın birləşməsinin tərəfdarı kimi çıxış edir.

İshak Aberdjil (İsrail)

İsrailin ən təhlükəli kriminal avtoriteti sayılan İshak “Aberdjil” mafia klanına rəhbərlik edir. O, qətl, narkotik maddələrin satışı, qumar və çirkli pulların yuyulması cinayətlərinə görə həbsxanadadır. Lakin barmaqlıda olmasına baxmayaraq, bu, onun öz klanını idarə etməsinə mane olmur.

“Komissiya” (bütün Amerika mafiasını idarə edən orqan)

“Komissiya”nın ilk iclası 1931-ci ildə, son iclası isə 1985-ci ildə keçirilib. Qruplaşma üzvləri hazırda əyani şəkildə görüşə bilməsələr də, onlar müasir üsullarla öz addımlarını bir-biri ilə uyğunlaşdıra bilirlər.

“Komissiya”nın tərkibinə Nyu-Yorkun beş “mafia ailəsi” – Bonanno, Qambino, Cenoveze, Kolomb və Lukezze daxildir. Həmçinin, “Çikaqo mafiası” “Komissiya”da təmsil olunur. “Komissiya”ya Amerikanın məşhur kriminal avtoritetləri Stiven Krea, Domeniko Çefalu, Persiko Karmini, Liborio Vellomo, Maykl Mankuzo və Con Difronso rəhbərlik edir.

Asif

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Alt paltarlarının satışa çıxarılması Madonnanı qəzəbləndirdi -

23 İyul 2017 04:56

Cici, Ənvər və Zeyn - FOTO

23 İyul 2017 04:32

BMT-də TƏCİLİ İCLAS

23 İyul 2017 04:18

Bəşər Əsədə sadiq qüvvələr iki yaşayış məntəqəsini İŞİD-in əlindən alıb

23 İyul 2017 04:17

BMT TŞ Yerusəlimə dair təcili iclas keçirəcək

23 İyul 2017 04:14

Youtube video serveri İŞİD-ə qarşı funksiya hazırlayır

23 İyul 2017 04:07

Sumqayıtda yaşayış binasında yanğın - 8 sakin təxliyə olundu

23 İyul 2017 03:48

Makronun reytinqi 10% aşağı düşüb

23 İyul 2017 03:47

Məşhur aktyorun yeni FOTOları

23 İyul 2017 03:32

Romada içməli su qurtarır

23 İyul 2017 03:19

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

23 İyul 2017 03:06

Təndirxana və taxta sexi yandı

23 İyul 2017 03:04

Alimlər əsrlər boyu dənizin altında gizlənən 2 tonluq balıq tapıblar

23 İyul 2017 03:02

İran yeni raketlərinin istehsalına başladı

23 İyul 2017 02:53

Emili və Devid - FOTO

23 İyul 2017 02:32

Yunanıstanda iki güclü zəlzələ

23 İyul 2017 02:18

Ərəb şeyxindən 222 milyon avroluq təklif -

23 İyul 2017 02:15

Cazibədar İzabeli - FOTO

23 İyul 2017 01:32

"Ankaraya aid siyasətə yenidən baxmaq lazımdır" - Merkelin dəftərxanasının rəhbəri

23 İyul 2017 01:27

Robot özünü suya ataraq intihar etdi -

23 İyul 2017 01:09

Yunanıstanda yenə zəlzələ oldu

23 İyul 2017 00:29

BMT-nin Təhlükəsizlik Şurası Qüdsə görə təcili toplantı keçirəcək

23 İyul 2017 00:27

Əfqanıstanda Taliban silahlıları azı 70 nəfəri əsir götürüblər

23 İyul 2017 00:26

24 il Ağdamsız...

23 İyul 2017 00:17

Cəlilabadda qəza törədən maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb

23 İyul 2017 00:12

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08

Bella Venesiya küçələrini dolaşdı - FOTO

23 İyul 2017 00:05

Günün qoroskopu: maraqlı təfərrüatlar öyrənə bilərsiniz

23 İyul 2017 00:05

Ağdamın işğalından 24 il ötür

23 İyul 2017 00:02

Sumqayıtda binada yanğın, 8 sakin təxliyə olundu

22 İyul 2017 23:59

Həyat yoldaşı, qardaşı və anasını qətlə yetirdikdən sonra özünü güllələdi -

22 İyul 2017 23:56

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

22 İyul 2017 23:52

İran yeni raketlərin istehsalına başlayıb

22 İyul 2017 23:52

17 yaşlı tələbə intim münasibətdən imtina edən qadının 1 aylıq körpəsini öldürdü

22 İyul 2017 23:48

Milli üzvü baxdı, komandası qola həsrət qaldı

22 İyul 2017 23:47

Halitoz-ağızdan pis qoxunun gəlməsi

22 İyul 2017 23:47

Yövmüş-şəkk nədir?

22 İyul 2017 23:42

Donald Trampın şəxsi vəkili istefa verdi

22 İyul 2017 23:42

Ən gözəl baldırlı qadın seçildi - FOTO

22 İyul 2017 23:32

İsmayıllıda bələdiyyəyə məxsus ərazidə yanğı

22 İyul 2017 23:28

İran “Sayad-3” raketlərinin istehsalına başladı

22 İyul 2017 23:24

Nəfslə mübarizənin əhəmiyyəti

22 İyul 2017 23:22

“Şerif” Bakıya xal itkisi ilə gəlir

22 İyul 2017 23:22

Sərnişin avtobusunda dəhşət -

22 İyul 2017 23:19

Göbələk zəhərlənmələri və müalicəsi

22 İyul 2017 23:17

Məşhurların sellülitli halları - FOTO

22 İyul 2017 23:17

Röya konsert verəcək

22 İyul 2017 23:12

Yayın ən dəbli çantaları - FOTO

22 İyul 2017 23:12

Antibiotiklərin orqanizmdə rolu

22 İyul 2017 23:12

Alişan əsəbiləşdi: "İstədiyi kimi öpüşər, sevişər..."

22 İyul 2017 23:12