Ermənilər minaatanlarla atəşkəsi 27 dəfə pozub

Ermənilər minaatanlarla atəşkəsi 27 dəfə pozub
10:09 11 Noyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

 

Son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub.

 

Lent.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR