Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"17 il futbol oyunlarına pul qoymuşam"- "Şərurspor"un prezidenti

"17 il futbol oyunlarına pul qoymuşam"-   "Şərurspor"un prezidenti

Date: 11 November 2016 10:17


Adı oyun alqı-satqısında hallanan "Şərurspor"un prezuidenti Sərdar Bağırov "Futbol+" qəzetinə qalmaqallı açıqlamalarla dolu müsahibə verib.


Fanat.Az həmin müsahibənin bəzi hissələrini diqqətinizə çatdırır:


"Sizinlə açıq danışmaq istəyirəm. Mən "stavka"nın nə olduğunu yaxşı bilirəm. Kimsə sizə deyirsə, mənim belə işlərdən xəbərim yoxdu, yalann deyir. Azərbaycanın 70-80 faizi bu işlə məşğuldu. Pul qazanmaq istəsəydim, "Səbail", "Turan Tovuz"la oyunları elə hesabla uduzardım ki, bundan da qazanardım.


Yazırlar ki, mən "Energetik"lə oyunda 80 min manat uduzdu, özü də Malayziya kontoruna. Həmin saytı məhkəməyə vermək istəyirdim. Sadəcə, istəmədim ki, bunu yazanı cəzalandıram. Dünyanın bir çox ölkələrində olmuşam, amma yolum Malayziyaya düşməyib. Xarici pasportuma baxıb həmin ölkədə olub-olmadığımı müəyyənləşdirmək olar.


Mən 17 il futbol oyunlarına pul qoymuşam. Kim indi deyirsə ki, həyatım boyunca qumar oynamamışam, yalan deyir. Bu işlə məşğul olanlar yaxşı bilir ki, Azərbaycanın birinci divizionuna maksimum pul qoyuluşu 170-300 dollar aralığındadı. Mənim belə pula ehtiyacım yoxdu".




Tags:  il futbol oyunlarına pul qoymuşam- Şərursporun prezidenti

RƏYLƏR


Top news