Salyanda piyada qətliamı: ölənlər var

Salyanda piyada qətliamı: ölənlər var
10:29 11 Noyabr 2016
105 Digər
Ölkə mətbuatı
A- A+

Salyanda ölümlə nəticələnən yol qəzaları baş verib. Lent.az-ın məlumatına görə, Ələt-Astara magistralının 17-ci kilometrliyində naməlum avtomobil 35-40 yaşlı kişini vurub. Şəxsiyyəti hələlik müəyyənləşməmiş şəxs hadisə yerindəcə keçinib. Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.

 

Oxşar hadisə Salyan rayonu ərazisində - Ələt-Astara magistralının 46-cı kilometrliyində də qeydə alınıb. Burada avtomobil yolu keçməyə çalışan iki qadını vurub. Nəticədə 1974-cü il təvəllüdlü Qədirova Səidə Arif qızı vəfat edib. Digər piyada Camalova Gülbəniz Nüsrət qızı isə ağır xəsarət alıb.

 

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR