Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarında tam tərkibdə çıxış edəcək

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarında tam tərkibdə çıxış edəcək
10:32 11 Noyabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ "Azərbaycan güləşçiləri IV İslam Həmrəyliyi Oyunlarında tam tərkibdə iştirak edəcək. Buna uyğun təqvim planı hazırlanacaq".
Bunu "Report"a açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev deyib. 
Onun sözlərinə görə, Oyunlara qədər güləş yığmasının bir neçə üzvünün karyerasını başa vuracağı gözlənilir: "Amma mən hesab edirəm ki, idmançının yaşına baxmayaraq yaxşı hazırlaşırsa, o yarışlarda iştirak edib uğuar qazana bilər. Güləşçilərimizdən Xetaq Qazyumov, Rövşən Bayramov ümumiyyətlə idmanı tərk edirlər. Hazırda gənc idmançılarımız çoxdur. Dünya çempionu olan, kifayət qədər özünü göstərən gənc idmançılar var. Hansı idmançı özünü yaxşı tərəfdən göstərəcəksə, gələcək yarışlara da onlar qatılacaq".
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 2017-ci ilin mayında Bakıda keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-iv-i-slam-hemreyliyi-oyunlarinin-gules-yarislarinda-tam-terkibde-cixis-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR