Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Snayper narkotacirləri vurdu - FOTO

Snayper narkotacirləri vurdu - FOTO

Date: 11 November 2016 10:32

Britaniyanın Kral Hərbi-Dəniz Qüvvələrinin "Wave Knight" hərbi gəmisi Karib hövzəsində narkotrafikə qarşı mübarizə əməliyyatına qatılıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, dünən hərbi gəmidən səmaya qalxan "Lynx" helikopteri narkotacirlərin motorlu qayığını aşkarlayıb.

"Wave Knight" həmin qayığa yaxınlaşıb və britaniyalı snayper sərrast atəşlə narkotacirlərin qayığının mühərrikini sıradan çıxarıb.

Az sonra britaniyalı hərbi dənizçilər 700 kq kokain daşıyan qayıqdakı narkotacirləri ələ keçiriblər.

Milli.Az





Tags:  Snayper narkotacirləri vurdu FOTO

RƏYLƏR


Top news