Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Neftçi"nin futbolçusu Türkiyə klubuna keçdi

"Neftçi"nin futbolçusu Türkiyə klubuna keçdi

Date: 11 November 2016 10:37

Qadınlardan ibarət Azərbaycan yığmasının futbolçusu Aysun Əliyeva karyerasını Türkiyədə davam etdirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gənc oyunçu Türkiyənin I liqasında mübarizə aparan "Döşəməaltı" klubu ilə anlaşıb.

"Neftçi"nin sabiq oyunçusu ilə yanaşı, Kolumbiya yığmasından Ledi Andrade Rodriges, Karolina Arias və Velaskes Errera Orianika da "Döşəməaltı"ya transfer olunublar. Aysun noyabrın 13-də yeni komandasının heyətində debüt edə bilər. Həmin gün "Döşəməaltı" "Beşiktaş"ı qəbul edəcək. Bu komandanın stadionunda təmir işləri aparıldığından görüş Antalyada baş tutacaq.
 
Qeyd edək ki, 10 komandanın yarışdığı Türkiyə çempionatında "Döşəməaltı" çempionluq uğrunda mübarizə aparır. Komanda bunu bacarsa, gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək.

Milli.Az


Tags:  Neftçinin futbolçusu Türkiyə klubuna keçdi

RƏYLƏR


Top news