Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

BANM-in lll kurs tələbəsi qalib olub

BANM-in lll kurs tələbəsi qalib olub

Date: 11 November 2016 10:42

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Orxan Əlixanov Təhsil Nazirliyi və “Kaspersky Lab” şirkətinin birgə keçirdiyi “Kaspersky Student's Challenge” yarışmasında ölkə üzrə 1-ci yerə layiq görülüb.
BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, orta məktəbin 11-ci sinfindən başlayaraq proqramlaşdırma sahəsində ilk addımlarını atan O.Əlixanov qısa zaman ərzində kalkulyator, mətn redaktoru və s. kimi qrafiki tətbiqlər hazırlamağı öyrənib.
Ali Məktəbə daxil olduqdan sonra ACM ICPC subregional turunda iştirak edən O.Əlixanov 2015-ci ilin noyabr ayında bu yarışmadan III dərəcəli diplom alaraq regional tura vəsiqə qazanıb. Həmin ilin dekabr ayında o, Azərbaycanı komanda yoldaşları olan BANM-in tələbələri Əmiraslan Baxşılı və Emin Hüseynli ilə birlikdə Gürcüstanda təmsil edib.
O.Əlixanov “Microsoft” şirkətinin 2015-ci ilin iyul ayında keçirdiyi “Imagine Cup” yarışmasına oyun kateqoriyasında komanda yoldaşı Əmiraslan Baxşılı ilə "World Is Out There" adlı oyun hazırlayaraq iştirak edib və ölkə üzrə 2-ci yerə layiq görülüb.
2016-cı ilin yay aylarında “ATL Info Tech” şirkətində sayt inzibatçısı olaraq təcrübə keçib.
Hazırda “Neuron Technologies” şirkətində yarımştat “Android proqramı üzrə inzibatçı” vəzifəsində çalışır.


Tags:  BANM-in lll kurs tələbəsi qalib olub

RƏYLƏR


Top news