Avropanı diz çökdürəcək həmlə - Ərdoğandan XƏBƏRDARLIQ

Avropanı diz çökdürəcək həmlə - Ərdoğandan XƏBƏRDARLIQ
10:43 11 Noyabr 2016
223 Dünya
Ölkə mətbuatı
A- A+

“Avropa İttifaqı davamlı şəkildə nazlanır və Türkiyəni küncə sıxışdırmaq istəyir”.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Əl-Cəzirə” kanalına müsahibəsində deyib.

“Mən də davamlı olaraq deyirəm ki, Avropa İttifaqı əgər Türkiyəni istəmirsə, qərarını versin, “Biz Türkiyəni istəmirik” desin. Təbii ki, NATO-nun bunu etməsi çətindir, NATO bunu edə bilməz. Avropa İttifaqı ilə müzakirələr təbii ki, bir yerə qədər davam edəcək, onlar da hər halda son qərarlarını verəcəklər. Biz də bu qərara görə uyğun şəkildə addım atarıq”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti Avropa İttifaqının Türkiyəyə qarşı heç bir zaman dürüst və səmimi davranmadığını, qaçqınlarla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini söyləyib.

Türkiyənin qaçqınlara verdiyi dəstəyi xatırladan Ərdoğan ölkəsində hazırda 3 milyon qaçqının olduğunu, onların Avropaya gedə biləcəyini vurğulayıb: “Biz 3 milyon qaçqını saxlayırıq və Avropa İttifaqı Türkiyəyə dəstək verməlidir. Bu qaçqınlar Avropaya getsə, Avropa çaşıb qalar. Hazırda 100 qaçqını qəbul edə bilmirlər”.

Ərdoğan Avropa İttifaqının üzərinə götürdüyü vəsaiti də Türkiyəyə vermədiyini xatırladıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR