Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Qubada ata qətlinin TƏFƏRRÜATI

Qubada ata qətlinin TƏFƏRRÜATI

Date: 11 November 2016 10:47

Quba rayonunda oğulun atasını öldürməsi hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

Milli.Az bildirir ki, Quba Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisəyə ata ilə oğul arasında baş verən mübahisə olub.

Oğlu tərəfindən qətlə yetirilən 1968-ci il təvəllüdlü Heydərov Siyavuş Eyyub oğlu Quba rayonu ərazisində sahibkarlıqla məşğul olub. S.Heydərov Quba şəhərində özünə məxsus olan "Ulduz" kafesini işlədirmiş. Qətl hadisəsi bu kafedə baş verib. S.Heydərovun oğlu, 1993-cü il təvəllüdlü Sərxan Heydərov içki düşkünü olub və bu barədə ata ilə oğul arasında dəfələrlə mübahisə yaranıb. Noyabrın 10-da Sərxan atasının kafesinə sərxoş vəziyyətdə gəlib və orada içki qəbul etmək istəyib. Lakin atası ona spirtli içki verməyib və aralarında mübahisə yaranıb. Atasının etiraz etməsinə əsəbləşən Sərxan kafenin mətbəxinə keçib və oradan götürdüyü mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb. Kafe müştəriləri S.Heydərovu xəstəxanaya çatdırmaq istəsələr də, o yolda ölüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Heydərov saxlanılıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Milli.Az


Tags:  Qubada ata qətlinin TƏFƏRRÜATI

RƏYLƏR


Top news