Bakıda "İnsan Resursları Forumu 2016" keçirilir

Bakıda "İnsan Resursları Forumu 2016" keçirilir
10:52 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakıda keçirilən "İnsan Resursları Forumu 2016"-da iştirak üçün 450-dən artıq şirkətdən 1 500-ə qədər müraciət daxil olub. "Report" xəbər verir ki, bunu Forumun açılışında çıxış edən "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.
M.Rüstəmovun sözlərinə görə, müraciət edənlərin yalnız 350-si qeydə alınıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev isə bildirib ki, BMT Azərbaycanı yüksək rifah olan ölkələr siyahısına aid edir: "Əgər 1995-ci ildə dövlət sektorunda işləyənlərin sayı 56% idisə, 2016-cl ildə bu rəqəm 25% azalmışdır. Hazırda iqtisadi fəal əhalinin 51,1%-i kişilər, 48,9%-i isə qadınlardır".
Nazir müavini deyib ki, bu ilin 10 ayında 11 min nəfərə işsizlik statusu vrrilib: "İqtisadiyyatda baş verən proseslər son 10 ayda tikinti sektoruna təsir edib. Bu müddətdə tikinti sektorunda 4 minə, maliyyə və sığorta sektorunda isə 2 minə qədər şəxslə əmək müqaviləsinə xitam verilib. Son 10 ayda 195 min iş üçün müraciət edib, onların 53 mini işlə təmin edilib, 11 min nəfərə isə işsizlik statusu verilib".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bakida-i-nsan-resurslari-forumu-2016-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR