Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu gün dünya kef edəcək: 20 milyard dollarlıq alış-veriş başladı

Bu gün dünya kef edəcək: 20 milyard dollarlıq alış-veriş başladı

Date: 11 November 2016 10:53

Çinin virtual alış-veriş saytı Alibaba.com-un nəzdindəki “Taobao”, “T-mall”, JD.com kimi böyük onlayn alış-veriş saytları Subaylar Gününə xüsusi aksiyalar təqdim edirlər. Publika.az xəbər verir ki, ümumilikdə 20 milyard dollarlıq alış-verişlə yeni bir rekorda imza atılacağı gözlənilir.

Bu gün başlayan kompanya 24 saat davam edəcək. Bu təşəbbüs çərçivəsində alış-veriş çılğınları məişət texnikası, mebel, geyim və elektronika kimi bir çox məhsulda endirimlərdən yararlana biləcəklər.

Bu il 40%-lik artımla 20 milyard dollarlıq alış-veriş gözlənilir. Ötən il bütövlükdə 14,3 milyard dollarlıq satış olmuşdu. Satışın başlandığı ilk saatda isə 3,9 milyard dollarlıq alış-verişlə rekorda imza atılmışdı.

İqtisadiyyat şöbəsi


Tags:  gün dünya kef edəcək 20 milyard dollarlıq alış-veriş başladı

RƏYLƏR


Top news