Poroşenkonun İspaniyada villası tapıldı – FOTO/VİDEO

Poroşenkonun İspaniyada villası tapıldı – FOTO/VİDEO
10:58 11 Noyabr 2016
156 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyada Ukrayna prezidenti Pyotr Poroşenkonun villası var.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “UA: Birinci” telekanalının “Sxem” proqramı və “Azadlıq” radiosunun araşdırmasında deyilir.

Qeyd edilir ki, Marbelya kurortu yaxınlığında yerləşən villa rəsmən Poroşenkoya aid olan “Feruvita SL” ispan şirkətinin adına rəsmiləşdirilib. Kurort İspaniyanın cənubunda yerləşir. Villanın qiyməti 4 milyon avro qiymətləndirilir.

1993-cü ildə tikilən ikimərtəbəli malikanənin sahəsi 1254 kvadrat metr təşkil edir, 0,26 hektar ərazidə hovuz yerləşir. “Feruvita SL” bu ərazini 2008-ci ildə alıb.

Poroşenkonun 2015-ci il üçün verdiyi gəlir bəyannaməsində İspaniyadakı villası yer almayıb. Siyasətçinin sözlərinə görə, bütün daşınmaz əmlakı prezident olana qədər əldə edib.

Ömər Dağlı








Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR