BANM-in tələbəsi qalib oldu

BANM-in tələbəsi qalib oldu
11:05 11 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisası üzrə III kurs tələbəsi Orxan Əlixanov Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Kaspersky Lab" şirkətinin birgə keçirdiyi "Kaspersky Student's Challenge" yarışında respublika üzrə 1-ci yerə layiq görülüb.

Milli.Az xəbər verir ki, orta məktəbin 11-ci sinfindən başlayaraq proqramlaşdırma sahəsində ilk addımlarını atan Orxan Əlixanov qısa zaman ərzində kalkulyator, mətn redaktoru və s. kimi qrafiki tətbiqlər hazırlamağı öyrənib. Ali Məktəbə daxil olduqdan sonra ACM ICPC subregional turunda iştirak edən Orxan Əlixanov 2015-ci ilin noyabr ayında bu yarışdan III dərəcəli diplom alaraq regional tura vəsiqə qazanıb. Həmin ilin dekabr ayında o, Azərbaycanı komanda yoldaşları olan BANM-in tələbələri Əmiraslan Baxşılı və Emin Hüseynli ilə birlikdə Gürcüstanda təmsil edib.

Orxan Əlixanov "Microsoft" şirkətinin 2015-ci ilin iyul ayında keçirdiyi "Imagine Cup" yarışında oyun kateqoriyasında komanda yoldaşı Əmiraslan Baxşılı ilə "World Is Out There" adlı oyun hazırlayaraq iştirak edib və respublika üzrə 2-ci yerə layiq görülüb.

2016-cı ilin yay aylarında "ATL Info Tech" şirkətində sayt inzibatçısı olaraq təcrübə keçib.

Hal hazırda "Neuron Technologies" şirkətində yarımştat "Android proqramı üzrə inzibatçı" vəzifəsində çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR