Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İctimai Birliyin icraçı direktoru təyin edilib

İctimai Birliyin icraçı direktoru təyin edilib

Date: 11 November 2016 11:05

Hüquqşünas Günel Səfərova "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru təyin edilib.

Bu barədə Milli.Az-a İctimai Birlikdən məlumat verilib. Məlumata görə, qərar İctimai Birliyin İdarə Heyətinin iclasında qəbul edilib. 
Fəaliyyətinin məqsədi milli-mənəvi, ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində gənc vətəndaş təşəbbüskarlığının artmasına və gənclərin intellektual potensialının güclənməsinə dəstək göstərmək olan "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyi 2005-ci ildə dövlət qeydiyyatından keçib.

Xatırladaq ki, Günel Səfərova Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Təhsilini tamamladıqdan sonra Vətəndaş Cəmiyyəti Uğrunda İctimai Birlikdə ictimai vəkil, Gənclər Təşkilatlarının Milli Şurasında layihələr üzrə rəhbər, Avrasiya Əməkdaşlıq Fondunda Demokratik Azərbaycanda İslam Proqramının rəhbəri, SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasında ictimai vəkil və hüquqşünas kimi çalışıb. Eyni zamanda sosial problemləri əhatə edən bir çox hesabatın hazırlanmasında iştirak edib. Bunlardan Azərbaycanda uşaq vəziyyətinin təhlili hesabatı, həmyaşıd araşdırması, məişət zorakılığının vəziyyətinin təhlili, gənclərin ictimai iştirakçılığı hesabatlarını göstərmək olar. Uzun illərdir vətəndaş cəmiyyəti institutlarında yerli və beynəlxalq donorların xətti ilə sosial layihələr həyata keçirir. İctimai fəallıq və vəkillik üzrə beynəlxalq təlimçi olan G. Səfərova layihələrin yazılışı, gender, uşaq hüquqları, liderlik, QHT idarəciliyi, konfliktlərin həlli, qeyri-formal təhsil metodları, ictimai vəkillik, motivasiya və s. sahəsində yerli və beynəlxalq təşkilatlara təlim keçib. Bir neçə sosial araşdırma müəllifidir, gənclərlə iş sahəsində 14 illik fəaliyyəti var.

Milli.Az


Tags:  İctimai Birliyin icraçı direktoru təyin edilib

RƏYLƏR


Top news