“Daha yaşım o yaş deyil” - Manaf

“Daha yaşım o yaş deyil” -  Manaf
11:06 11 Noyabr 2016
146 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Manaf Ağayev öz həyatına həsr edilən mahnı oxuyub.

Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, “Daha yaşım o yaş deyil” adlı bəstəni ifa edərkən çox təsirlənib:

“Hər bir insan kimi mənim də bu həyatda qazandıqlarım qədər itirdiklərim olub. Təbii ki, biri üçün həyatda ən pis itki insan itkisidir. Heç kimə bu itkini arzu etmirəm. Tanıyanlar bilir ki, mən dost üçün candan keçənəm. Yaxşı və pis günündə yanında olan biriyəm. Amma zamanla mənim dostluğuma naxələf çıxanlar da olub. Məhz bu gün təqdim etdiyim mahnıda az da olsa, həyatda yaşadıqlarım əks olunub. Düşünürəm ki, bu mahnının mənim repertuarımda xüsusi yeri olacaq”.

“Daha yaşım o yaş deyil” bəstəsinin sözləri Rauf Sübhiyə, musiqisi və aranjimanı isə Rabil Səfərliyə məxsusdur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR