Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Prezidentlikdən sonra taksi sürəcəyəm"

"Prezidentlikdən sonra taksi sürəcəyəm"

Date: 11 November 2016 11:12

ABŞ prezidenti Barak Obama zarafatca bildirib ki, prezidentlik səlahiyyəti başa çatdıqdan sonra "Uber" taksi xidmətində sürücü işləyəcək.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Obama jurnalistin "siz öz bloqunuzu idarə etməyi planlaşdırmırsınız ki?" sualına cavab olaraq zarafatla "Uber"də işləməyə gedəcəyini qeyd edib. 

Lakin ABŞ prezidenti öz zarafatını daha ciddi cavabla davam etdirib: "Bilirsiniz, mən bir neçə həftə yatmağı planlaşdırıram. Düzünü desəm, biz əlverişli şəraiti olmayan gənclər üçün imkanların yaradılması üzərində işləri davam etdirəcəyik".

Milli.Az


Tags:  Prezidentlikdən sonra taksi sürəcəyəm

RƏYLƏR


Top news