Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda Qazaxıstanda keçiriləcək "EXPO-2017" beynəlxalq sərgisinə dair təqdimat olub

Bakıda Qazaxıstanda keçiriləcək "EXPO-2017" beynəlxalq sərgisinə dair təqdimat olub

Date: 11 November 2016 11:22

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Bakıda gələn il Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “EXPO-2017: Gələcəyin enerjisi” beynəlxalq sərgisi ilə bağlı təqdimat olub.
“Report”un məlumatına görə, təqdimatda bildirilib ki, sərgi sahəsi 25 hektar ərazini əhatə edəcək.
Beynəlxalq tədbirdə 100-dən artıq ölkənin, 18 beynəlxalq təşkilatın iştirakı nəzərdə tutulub. Hər bir ölkə və təşkilat üçün nəzərdə tutulmuş pavilyonların ölçüsü 350-1000 kv.metr arasında dəyişəcək.
“EXPO-2017” konstruktiv müzakirələr, enerji problemlərinin həlli ilə bağlı qərarların qəbulu üçün genişmiqyaslı platforma rolunu oynayacaq. Sərgi çərçivəsində elmi konfransların, tematik görüşlərin keçirilməsi, “yaşıl energetika” sahəsində layihələrin təqdim edilməsi nəzərdə tutulub. 
Qeyd olunub ki, 3 mindən artıq mədəni-əyləncəli tədbirin də planlaşdırıldığı sərgini təxminın 5 mln. insanın ziyarət edəcəyi gözlənilir.
Xatırladaq ki, sərgi 10 iyun-10 sentyabr 2017-ci il tarixlərinə planlaşdırılıb.


Tags:  Bakıda Qazaxıstanda keçiriləcək EXPO-2017 beynəlxalq sərgisinə təqdimat olub


RƏYLƏR


Top news