Türkiyənin Samsun vilayətindəki şin zavodunda yanğın baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində zavodun 3 işçisi xəsarət alıb.
Daha 5 işçinin isə dəm qazından zəhərləndiyi bildirilir.
Hazırda yanğın söndürülüb. Hadisənin təfərrüatları hələ məlum deyil.
Milli.Az