Neymardan 50-ci qol

Neymardan 50-ci qol
11:27 11 Noyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyalı futbolçu Neymar yığma komandada 50-ci qolunu vurub. Fanat.Az xəbər verir ki, “Barselona”nın hücumçusu buna 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin IV turunda Argentina ilə oyunda nail olub.


Braziliyanın 3:0 hesabı ilə qalib gəldiyi görüşün ilk hissəsinin sonunda Neymar komandasının 2-ci imza atıb.


Bununla da 24 yaşlı forvard  yığmada 50 və daha artıq qol vuran futbolçular sırasında Pele, Ronaldo və Romariodan sonra dördüncü sırada qərarlaşıb. Pele Briziliyanın heyətində 91 oyunda 77, Ronaldo 98 oyunda 62, Romario isə 70 oyunda 55 qol vurub.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neymardan-50-ci-qol-t54063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR