Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan-Rusiya sərhədində tıxac yaranıb, yük maşınları buraxılmır

Azərbaycan-Rusiya sərhədində tıxac yaranıb, yük maşınları buraxılmır

Gürcüstan-Azərbaycan sərhədində görünməmiş tıxac - FOTO (24 Mart 2017 14:12)
Bakı-Sumqayıt yolunda HƏRƏKƏT DONDU (14 Mart 2017 11:05)
Babək prospektində TIXAC - Səbəb QƏZA (12 Mart 2017 20:27)

Tarix: 11 Noyabr 2016 11:27

Qusar. 11 noyabr. REPORT.AZ/ Azərbaycan-Rusiya sərhədində, Qusar rayonunda yerləşən "Samur" gömrük buraxılış məntəqəsində tıxac yaranıb.  Bunu "Report"un Şimal bürosunun müxbirinə Xaçmaz Gömrük İdarəsinin "Samur" buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib. 
Rəis müavinin sözlərinə görə, Rusiya Federasiyasına keçmək istəyən yük maşınlarının qonşu ölkənin gömrük məntəqəsindən buraxılmaması Azərbaycan tərəfdə sıxlıq yaradıb: "Sıxlıq əsasən mövsümlə bağlıdır. Ötən gün Rusiya tərəfinə 150 yük maşını yola salınıb. Hazırda  "Samur" gömrük buraxılış məntəqəsinin qarşısında Rusiya tərəfinə keçmək üçün növbə gözləyən "TIR"-ların sayı 200-ə çatıb".

C.Nadirov qeyd edib ki, buraxılış məntəqəsində yaranan sıxlıqla bağllı Rusiya tərəfinin gömrükçüləri ilə mütəmadi danışıqlar aparılır: "Təqribən bir saatdan sonra Azərbaycan  və Rusiya gömrükçülərinin görüşü baş tutacaq. Bunun üçün müvafiq danışıqlar aparılıb. Problem də aradan qaldırılacaq".







Teqlər:  Azərbaycan-Rusiya sərhədində tıxac yaranıb yük maşınları buraxılmır



RƏYLƏR


Top xəbərlər