Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Misir parlamenti qondarma "erməni soyqırımı"nı tanıyacaq?

Misir parlamenti qondarma "erməni soyqırımı"nı tanıyacaq?

Date: 11 November 2016 11:32

Misir parlamentinin deputatı Mustafa Bakri qondarma "erməni soyqırımı"nın tanınması məsələsi ilə bağlı  "Şərq Xristianlarının Koordinasiyası" (Coordination Chrétiens d'Orient , "Chredo") təşkilatının sədri Patrik Karamla müzakirələr aparıb.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, Parisdəki müzakirələrdə Fransadakı erməni icmasının diaspor təşkilatlarının rəhbərləri, habelə Fransa parlamenti və Avropa Parlamentinin bir neçə deputatı iştirak ediblər.

M.Bakrinin dediyinə görə, qondarma "soyqırım"ın tanınmasını nəzərdə tutan qətnamə layihəsi 2017-ci ilin aprelin 27-də Misir parlamentində müzakirəyə çıxarılacaq.

"Parlamentdəki deputatların ən azı yarısı bu sənədin lehinə səs verməyə hazırdır. Türkiyə ilə Misir arasındakı münasibətlərin indi çox pis olması da sənədin qəbulu ehtimallarını artırır", - M.Bakri söyləyib.

Milli.Az


Tags:  Misir parlamenti qondarma erməni soyqırımını tanıyacaq

RƏYLƏR


Top news