Donal Tramp sürprizlərə başladı: milyarderlər sevinir

Donal Tramp sürprizlərə başladı: milyarderlər sevinir
11:33 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Donald Trampın iqtisadi komandasında yer alacaq şəxslər haqqında məlumatlar yayılıb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, “Wall Street”in pul ovçusu, milyarder Steven Mnuçinin xəzinə, Uilbur Rossun isə ticarət naziri olacağı iddiası irəli sürülüb.

Seçki kampaniyasında tez-tez “Wall Street”i tənqid edən Donald Tramp komandasında xüsusilə milyarderlərə üstünlük verəcək.

Siyasi keçmişi olmayan və daha çox iş adamı kimi tanınan Tramp ABŞ-da iqtisadi artımın olmamasının səbəblərindən biri kimi FED-in pul siyasətini göstərirdi.

O ki qaldı yeni təyinatlara, Mnuçin “Goldman Sachs”ın sabiq idarəçilərindəndir. Həmçinin uzun müddət Corc Sorosla işləyib. Trampın seçki kampaniyasının maliyyə başçısı olub. Hələ o zaman D.Tramp Mnuçinin iqtisadiyyatın ən üst postunda yer alacağını demişdi.

Uilbur Ross da dollar milyarderdir. “Forbes” onu "problemli sahələrə sərmayə qoyan şəxs" kimi təqdim edir. Bahalı sənət əsərlərinin kolleksioneri olan Ross ticarət nazirliyi üçün yeganə namizəd kimi irəli sürülür.

Maraqlıdır ki, Trampın komandasında ABŞ-ın ən böyük metalçısı Danıel Dımıcconun da adı çəkilir. “Nucor Corporation”nın rəhbəri olan bu şəxs seçki kampaniyasında Trampın məsləhətçisi olan sənayeçilərdən biridir. Onu da qeyd edək ki, Danıelin Trampla şəxsi tanışlığı yoxdur.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/175521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR