Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərakdakı ağır su rektoruna görə İranla Çin arasında maliyyə problemi yaranıb

Ərakdakı ağır su rektoruna görə İranla Çin arasında maliyyə problemi yaranıb

Date: 11 November 2016 11:42

Bakı. 11 noyabr. REPORT.AZ/ İranın Ərakdakı reaktorunda ağır su layihəsinin yenidən hazırlanmasına görə Çinlə İslam Respublikası arasında maliyyə problemi yaranıb.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Atom Energetikası Təşkilatının mətbuat katibi Bəhruz Kamalvəndi bildirib.
Onun sözlərinə görə, İranla Çin arasında ağır suya dair tərtib olunan layihə yekunlaşmaq üzrədir. 
Məlumata əsasən, Ərakdakı ağır su reaktoru 2014-cü ilin yanvarında tamamilə sökülüb. 2015-c ilin iyulunda rəsmi Tehranla “altılıq” ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya, FransaRusiya və Çin) arasında İranın atom-nüvə problemi ilə bağlı əldə olunan razılaşmanın şərtlərinə görə bu reaktorun profilində dəyişiklik nəzərədə tutulub. Bu razılaşma 2016-cı ilin yanvarında qüvvəyə minib. Təyinat istiqaməti dəyişdirildikdən sonra bu reaktordan hərbi məqsəd üçün istifadə mümkün olmayacaq, yaxud Ərak reaktoru silah üçün plutonium hazırlaya bilməyəcək.
Razılaşamaya əsasən Atom Enerjisi üzrə Beynəlxaql Agentlik Ərakdakı ağır su reaktorunu azı ayda bir dəfə təftiş edir. 


Tags:  Ərakdakı ağır su rektoruna İranla Çin arasında maliyyə problemi yaranıb

RƏYLƏR


Top news