Ərdoğan Minskə getdi

Ərdoğan Minskə getdi
11:42 11 Noyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belarusa səfər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, dövlət başçısını bu səfərdə baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihad Zeybekçi, gömrük və ticarət naziri Bülənt Tüfəngçi müşayiət edirlər.

Paytaxt Minskdə R.T.Ərdoğan və Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüş keçiriləcək. İki ölkə arasında bir sıra sənədlərin imzalanacağı gözlənilir.

Türkiyə prezidenti səfər çərçivəsində Türkiyə-Belarus biznes forumunda çıxış edəcək, eləcə də Minsk məscidinin açılışında iştirak edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR