Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İndoneziya Azərbaycanın "ASAN xidmət" təcrübəsindən yararlanmaqda maraqlıdır

İndoneziya Azərbaycanın "ASAN xidmət" təcrübəsindən yararlanmaqda maraqlıdır

"Çelsi"nin sabiq futbolçusu İndoneziya klubunda (14 Mart 2017 13:37)
Heydər Əliyev Hava Limanında “ASAN Wi-Fi” xidməti (13 Mart 2017 12:19)
"Azəriqaz" "ASAN Xidmət" vasitəsi ilə 10 min istehlakçıya xidmət edib (10 Mart 2017 10:07)

Tarix: 11 Noyabr 2016 11:47

Bakı. 11 noyabr. REPORT.AZ/ İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyi ölkədə ictimai xidmətlərin optimallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzi çərçivəsində xidmətlərin göstərilməsi sahəsində Azərbaycan təcrübəsindən yararlanmaq niyyətindədir.
Bu barədə "Report" İndoneziya KİV-inə istinadən xəbər verir.
"Azərbaycanın "ASAN xidmət" innovasiya konsepsiyasını İndoneziyaya ötürməklə bizə dəstək verəcəyinə ümid edirəm", - deyə İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Asman Abnur bildirib.
Onun sözlərinə görə, İndoneziyada belə mərkəzin yaradılması həm dövlət, həm də özəl qurumlar tərəfindən göstərilən xidmətlərin birləşdirilməsinə imkan verəcək.
A.Abnur informasiya texnologiyalarının ictimai xidmətlərin təkmilləşdirilməsinə təsir edə biləcək ən mühüm şeylərdən biri olduğunu əlavə edib.
Nazir ictimai xidmətlərin innovasiyası kontekstində İndoneziyanın da Azərbaycana təklif edə biləcəyi xidmət proqramının olduğunu bildirib. O, buna nümunə kimi erkən diaqnoz və müalicə (EDAT) proqramı vasitəsilə malyariyanın yayılması ilə mübarizə mərkəzini göstərib.
"İki ölkə arasında texnologiyaların ötürülməsi zamanı İndoneziya və Azərbaycanın müxtəlif demoqrafik şəraitini də nəzərə almaq lazımdır", - deyə A.Abnur vurğulayıb.

Teqlər:  İndoneziya Azərbaycanın ASAN xidmət təcrübəsindən yararlanmaqda maraqlıdır



RƏYLƏR


Top xəbərlər