Gəncədə Rusiya vətəndaşından 2 ədəd tüfəng, 78 ədəd patron aşkarlanıb

Gəncədə Rusiya vətəndaşından 2 ədəd tüfəng, 78 ədəd patron aşkarlanıb
11:52 11 Noyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Gəncə şəhərində Rusiya Federasiyasının vətəndaşından 2 ədəd tüfəng, 78 ədəd patron və 6 ədəd boş giliz aşkarlanıb. 
"Report"un məlumatına görə, Nizami (Gəncə) rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının vətəndaşı Elbrus Həsənovu saxlayıb. 
Onun Gəncə şəhərində yerləşən evinə baxış keçirilən zaman oradan müvafiq sənədləri olmayan "İJ-16" və "TOZ-8" markalı tüfənglər 78 ədəd patron və 6 ədəd boş giliz aşkar edilərək götürülüb.
Faktla bağlı Nizami RPİ-də araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-rusiya-vetendasindan-2-eded-tufeng-78-eded-patron-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR