Tramp biabırçı səhvi Əli Kərimliyə bağışlamayacaq - FOTOFAKT

Tramp biabırçı səhvi Əli Kərimliyə bağışlamayacaq - FOTOFAKT
11:53 11 Noyabr 2016
410 Ölkə
Ölkə mətbuatı
A- A+

AXCP sədri Əli Kərimli ABŞ-ın yeni prezidenti Donald Trampa göndərdiyi təbrik məktubunda özünü biabır edib.

Publika.az xəbər verir ki, Ə.Kərimli məktubu demokratların namizədi Hillari Klintona hazırlayıb.

AXCP sədri məktubda Hillari Klintonu prezident seçilməsi münasibətilə təbrik edir, demokratlara böyük uğurlar arzulayır, həmçinin, Hillari Klintonun həyat yoldaşı Bill Klintonun Amerikaya yaxşı rəhbərlik etdiyini xatırladır. Görünür o, Hillari Klintonun prezident seçiləcəyinə ciddi şəkildə əmin imiş.

Lakin Klinton yox, Donald Tramp prezident seçildi. Ə.Kərimli də Hillari Klintona yazdığı məktubun yalnız girişində “Mister Tramp” sözlərini qeyd edərək, D.Trampa ünvanlayıb.

AXCP sədrinin Klintonun təbrik edildiyi məktubu Trampa göndərməsinin səbəbləri də maraqlıdır. Bununla bağlı yayılan məlumatları araşdırarkən, səbəblər də müəyyən qədər aydınlaşır.

Əli Kərimli məktubu özü hazırlamayıb. Gecə saatlarında (məktubun göndərildiyi saat 03:14 göstərilir) Trampın qalibliyyəti elan olunan kimi AXCP sədri tələm-tələsik giriş hissəsinə yeni prezidentin adını əlavə edərək, göndərib. İngilis dilini bilmədiyi üçün məktubda yazılanları da anlamayıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda Əli Kərimlinin təbrik məktubunu Xədicə İsmayılın hazırladığı deyilir.

Qeyd edək ki, bir siyasətçinin belə səhv etməsi siyasi dairələrdə ciddi yanlış olaraq qəbul edilir və adətən bağışlanmır. Bu baxımdan, Trampın Əli Kərimlini bağışlayacağını da demək çətindir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR