Messi biabırçı məğlubiyyətdən danışdı

Messi biabırçı məğlubiyyətdən danışdı
12:07 11 Noyabr 2016
98 İdman
Ölkə mətbuatı
A- A+


Argentina millisi DÇ-2018-in seçmə mərhələsində Braziliyaya 0:3 hesabı ilə uduzmaqla, yenə tənqid hədəfinə çevrilib. Fanat.Az xəbər verir ki, komandanın kapitanı Lionel Messi bu güc baş tutan matçla bağlı fikirlərini bölüşüb.


O, bildirib ki, düşüncə tərzini dəyişməlidirlər: “Əgər sənin başında nəsə qaydasında deyilsə, ayaqların da sözünə baxmır. Argentina millisinin futbolçuları bu biabırçı durumu dəyişməlidirlər. Çox güclü rəqibə qarşı mübarizə apardıq. İlk qola qədər meydanda bərabər səviyyəli oyun gedirdi. İkinci qol isə lap ağır oldu. Daha böyük hesabla uduza bilərdik. Bundan sonra xal verə bilmərik”.


Qeyd edək ki, 11 turdan sonra hesabında 24 xal olan Argentina millisi 6-cı pillədə qərarlaşıb.



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-messi-biabrc-mlubiyytdn-dand-t54065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR