Bakıda kişi özünü xəstəxananın 5-ci mərtəbəsindən atdı

Bakıda kişi özünü xəstəxananın 5-ci mərtəbəsindən atdı
12:12 11 Noyabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağır xəstəlikdən əziyyət çəkən kişi Bakıda müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Milli.Az report-a istinadən bildirir ki, Milli Onkologiya Mərkəzində müalicə olunan Yevlax rayon sakini, 1955-ci il təvəllüdlü Arif Əliyev özünü xəstəxananın 5-ci mərtəbəsindən atıb. 
Ağır xəsarət alan A.Əliyev orada ölüb.
Məlumata görə, o, xərçəng xəstəliyindən əziyyət çəkdiyində görə xəstəxanaya yerləşdirilib. Güclü ağrılara dözməyən A.Əliyev intihar edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR