Azərbaycanda I tip şəkərli diabetdən əziyyət çəkən uşaqların sayı açıqlanıb

Azərbaycanda I tip şəkərli diabetdən əziyyət çəkən uşaqların sayı açıqlanıb
12:12 11 Noyabr 2016
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ "Azərbaycanda hazırda 212 577 nəfər şəkərli diabet (ŞD) xəstəsi rəsmi qeydiyyatdadır". 
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.
Onun sözlərinə görə, həmin xəstələrdən 28 924 nəfəri I tip, 183 653 nəfəri isə II tipdir: "I tip şəkərli diabet xəstələri arasında 1 150 nəfərini məhz uşaqlar təşkil edir. Onların 99 faizi insulindən asılı formadadır. Xəstələrin sayında artım müşahidə olunur. Eyni zamanda, xəstəliyin cavanlaşması prosesi də özünü büruzə verir. Belə ki, bu gün dünyada 500 mindən artıq uşaq I tip şəkərli diabet xəstəsidir. Əvvəllər II tip xəstəliyə 45-50 yaş arasında rast gəlinirdisə, indi 30 yaşında bu xəstəlik müşahidə edilir. Hətta bir yaşında olan uşaqlarda da bu xəstəlik olur".
B.Salek bildirib ki, dünyada hazırda 415 milyona yaxın şəkərli diabet xəstəsi var: "2040-cı ildə bu sayın 642 milyon olması güman edilir. Dünyada hər 11 nəfərdən biri şəkərli diabet xəstəsidirsə, bu rəqəm 2040-cı ildə hər 10 nəfərə düşəcək. Hər 6 saniyədə bir xəstə şəkərli diabetin fəsadlarından vəfat edir. Bu, ya infarkt, ya insult, ya da böyrək çatışmazlığı səbəbindən olur. Dünyada 46,5 faiz insanın (yəni hər iki nəfərdən biri) öz xəstəliyindən xəbəri yoxdur. Hər 7 doğuşdan biri hestasion şəkərli diabetli hamilə qadınlar olur".
"Diabetin göz, qan-damar, böyrək, sinir sisteminə təsiri nəticəsində ağır problemlər meydana çıxır. Korluq, infarkt miokard, insult, böyrək hemodializ, ayaq amputasiyası erkən əlilliyə və ölümə səbəb olur. Diabeti olan insanlarda ürək qan-damar xəstəliyindən və insultdan 2-3 dəfə, korluqdan 10 dəfə, nefropatiyadan 12-15 dəfə çox ölüm halı müşahidə edilir. Şəkərli diabet ölüm hallarına görə 4-cü yeri tutur. Belə olan halda yalnız erkən diaqnoz və müdaxilə korluğu qarşısını ala bilər", - deyə Mərkəz rəsmisi vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/azerbaycanda-i-tip-sekerli-diabetden-eziyyet-ceken-usaqlarin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR