Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Olland impiçment oluna bilər – QƏTNAMƏ LAYİHƏSİ

Olland impiçment oluna bilər – QƏTNAMƏ LAYİHƏSİ

Date: 11 November 2016 12:13

Fransa Milli Məclisi (parlamentin aşağı palatası) noyabrın 10-da Fransa prezidenti Fransua Ollanda impiçment haqqında qətnamə layihəsini göndərib.

Publika.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu haqda AFP agentliyi yazıb.

Sənədi Milli Məclisin sədri Klod Bartalone göndərib. Məlumatda göstərilir ki, sənəd Respublikaçılar Partiyasından 79 deputatın dəstəyini alıb.

Konstitusiyanın 68-ci maddəsinin müddəalarına uyğun olaraq, qətnamə layihəsinə Milli Məclis tərəfindən baxılması üçün 58 səs kifayətdir.

Bildirilir ki, layihənin hazırlanmasının səbəbi prezident Ollandın “öz səlahiyyətlərini ciddi şəkildə pozması” və “dövlət sirrinin qorunması sahəsində buraxdığı səhvlər”dir.

Qətnamə layihəsinin surəti ölkənin baş nazirinə də göndərilib.

Ömər Dağlı


Tags:  Olland impiçment oluna bilər QƏTNAMƏ LAYİHƏSİ

RƏYLƏR


Top news