Məşhur jurnal Klintonu prezident etdi - FOTO

Məşhur jurnal Klintonu prezident etdi - FOTO
12:17 11 Noyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Newsweek" jurnalı səhvən Hilari Klintonun prezident seçkilərində qalib gəlməsi haqqında nömrə satışa çıxarıb.

Milli.Az bildirir ki, bu barədə azvision.az "İnterfax"-a istinadən xəbər verir. 

Məlumata əsasən, jurnal hər bir namizədin qalib gəlməsi ehtimalı ilə əlaqədar iki variant hazırlayıb. Hər iki tiraj distributor olan "Topix Media" şirkətinə göndərilib. Lakin şirkət Klintonun qalib gələcəyinə əmin olduğundan mağazalara yalnız jurnalın bir variantını göndərib. 

Nəticədə çərşənbə günü mağazalarda "Madam prezident" başlıqlı jurnal çıxıb. Cəmi 17 nəfər bu başlıqlı jurnalı ala bilib. 

Ümumilikdə bu nüsxə 125 min tirajla satışa çıxarılıb. Bundan sonra jurnal tirajı geri çağırıb və oxuculardan üzr istəyib. 

Bəzi ekspertlər hesab edirlər ki, Klintonun seçkilərdə qələbəsini əks etdirən kolleksiya nəşri kimi jurnal sahiblərinə daha artıq gəlir gətirə bilərdi. 

Qeyd edək ki, bu ilk belə səhv deyil. Belə ki, 1948-ci ildə keçirilən prezident seçkilərində Harri Trumen rəqibi Tomas Dyuiyə qalib gələrək prezident seçilib. Həmin vaxt "Chicago Daily Tribune" qəzeti "Dyui Trumenə qalib gəldi" başlıqlı məqalə dərc etmişdi. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR