Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan sərhəddə yaranmış avtomobil sıxlığı ilə bağlı Rusiya tərəfinə müraciət edib

Azərbaycan sərhəddə yaranmış avtomobil sıxlığı ilə bağlı Rusiya tərəfinə müraciət edib

Latviya Belarusla sərhəddə hasar tikəcək (08 Mart 2017 19:17)
Azərbaycan bəzi məhsulların Rusiyaya müayinəsiz keçməsi üçün danışıqlar aparır (24 Fevral 2017 18:12)

Tarix: 11 Noyabr 2016 12:17

Bakı. 11 noyabr. REPORT.AZ/ Son iki gündə Azərbaycan-Rusiya sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur. "Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilib.
Məlumatda deyilir ki, hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir. Sıxlığın yaranmasına səbəb isə Rusiya istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır.
Hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq DGK-nın rəhbərliyi Rusiya Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət ünvanlayıb və sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

Teqlər:  Azərbaycan sərhəddə yaranmış avtomobil sıxlığı bağlı Rusiya tərəfinə müraciət edib



RƏYLƏR


Top xəbərlər